суббота, 7 апреля 2012 г.
пятница, 30 марта 2012 г.
четверг, 29 марта 2012 г.
среда, 28 марта 2012 г.
понедельник, 26 марта 2012 г.
воскресенье, 25 марта 2012 г.
суббота, 24 марта 2012 г.
"Neftçi" - "Xəzər Lənkəran" matçı internetdən canlı yayımda (keyfiyyətli görüntü və donmadan izlə)
Bu gün Unibank Premyer Liqasında XXV turun oyunlarına start veriləcək.İlk oyun günündə 4 qarşılaşma baş tutacaq.
"Neftçi" bu tur əzəli rəqibi "Xəzər Lənkəran"ı qəbul edəcək. "Böyük oyun" adlandırılan bu görüş yenə də diqqət mərkəzindədir. Əyalət təmsilçisinin təsnifat mərhələsində aldığı 5-0-lıq məğlubiyyət oyunun prinsipiallığını daha da artırır.
пятница, 23 марта 2012 г.
четверг, 22 марта 2012 г.
"Böyük Oyun" öncəsi "Xəzər-Lənkəran"ın böyük itkisi
“Böyük oyun” öncəsi “Xəzər Lənkəran” komandası növbəti məşqini martın 22-də keçirdi. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komanda martın 22-də Bakının Xırdalan qəsəbəsində yerləşən Bakı şəhər yol polisi idarəsinə məxsus stadionda saat 16:00-da məşqə çıxıb. Əsasən toplu çalışmalarla davam edən hazırlıq prossesinin sonunda iki tərəfli oyun da keçirilib.
İmişlidə yanğın: Diqqətli qonşu ev sahiblərini xilas etdi [Video]
Bayram gecəsi , İmişli rayonunun Hacımuradlı kəndində yanğın hadisəsi baş verib.Yanğının qısaqapanmadan baş verdiyi bildirilir. Ev sahibləri son anda xilas ola biliblər. Onları diqqətli qonşu xilas edib. Evin alışdığını görən qonşu,dərhal ev sahiblərini oyadaraq,yanğını söndürməyə kömək edib.
AzTopNews CTV əməkdaşlarının hadisə yerindən çəkdikləri kadrları sizə təqdim edir.
Salyanda mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var [Video]
Bu gün səhər saatlarında, Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Cəlilabad rayon sakininin idarə etdiyi "Qazel" markalı mikroavtobus,Bakı istiqamətində hərəkətdə olarkən,qarşıdan gələn," Jiquli" markalı avtomobillə toqquşub. Mikroavtobus çevrilərək,yolun kənarına düşüb. Hadisə zamanı 8 nəfər xəsarət alıb.
Meteohəssas insanlara xəbərdarlıq!!!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara növbəti dəfə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, martın 23-dən 25-dək Abşeron yarımadasında təzadlı dəyişkən hava şəraiti, xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi, havanın temperaturunun xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Göyçayda avtomobil piyadanı vurdu
Azərbaycanın Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb. Rayonun Şəkər kənd sakini, 1966-cı il təvəllüdlü Əhmədov Zülfü Səməd oğlu idarə etdiyi 23-BB-652 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə yolu keçən piyadanı - 1968-ci il təvəllüdlü Eyvazov Akif Əlisa oğlunu vurub.
"Azərbaycan İsrail vətəndaşları üçün təhlükəli ölkələrdən biridir"
İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşları üçün terror təhlükəsinin real olduğu ölkələrin adını açıqlayıb.
APA-nın “İzrus”-a istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycanın da adı var.
Terrorla mübarizə qərargahı qeyd edir ki, söhbət davam edən potensial təhlükədən gedir, İsrail vətəndaşlarına zərurət olmadan Azərbaycana səyahət etməmək tövsiyə olunur.
Terrorla mübarizə qərargahı qeyd edir ki, söhbət davam edən potensial təhlükədən gedir, İsrail vətəndaşlarına zərurət olmadan Azərbaycana səyahət etməmək tövsiyə olunur.
Bu gün ümumdünya su günüdür
Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb.
Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.
Şamaxıda torpaq sürüşməsi baş verib
Şamaxı rayonunda Muğanlı kəndi ərazisində torpaq
sürüşməsi baş verib. Şamaxı rayon İcra Hakimiyyəti başçısının sosial işlər üzrə
müavini Ağamustafa Vahidovun ANS PRESS-ə verdiyi məlumata görə, 2009-cu ildən
gedən torpaq sürüşməsi bu il yağıntılardan sonra daha da intensivləşib. Əgər
ötən ildən 14 ev qəzalı vəziyyətdə idisə, indi onların sayı 50-yə çatır.
среда, 21 марта 2012 г.
вторник, 20 марта 2012 г.
ABŞ dövlət katibindən bayram təbriki
ABŞ dövlət katibi Hillari Klinton dünyada Novruzu qeyd edən hər kəsi
bayram münasibətilə təbrik edib. ANS
PRESS-in ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, H.
Klinton təbrikində bildirib ki, 3000 ildən çoxdur Novruz dünyada milyonlarla
insan üçün bir ümid dövrüdür: “Amerika xalqı bu yeni ili, ailələr və dostlarla
əlaqələrin gücləndirilməsi imkanını alqışlayaraq sizlərə qoşuluruq.
понедельник, 19 марта 2012 г.
Günlük Qoroskop [20.03.2012]
QOÇ
Gələn həftə şəxsi həyatınızın detallarıyla maraqlanaraq başlayacaqsınız. Səyahətə söykənən mövzularda və ya ortaq şəkildə işlərinizdə məsuliyyətlərinizi bilərək hərəkət etmək əhəmiyyətli ola bilər. Xarici ətraflardan iş sahələrinizə dair gözəl dəstəkləriniz olacaq. Bunlardan faydalanmağı bilməlisiniz.
воскресенье, 18 марта 2012 г.
İran yenə Azərbaycana etiraz etdi
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İran İslam İnqilabı Mühafizəçiləri
Korpusu – SEPAH-la əməkdaşlıq edən dəstə üzvlərini ifşa etməsi ilə bağlı Azərbaycanın
Tehrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə
görə, görüşdə İran XİN-i etirazını bildirərək Azərbaycan tərəfinin bütün
ittihamlarını rədd edib.
суббота, 17 марта 2012 г.
Növbəti mitinq mayın 6-da keçiriləcək
Bu gün Moskva şəhərinin
Puşkin meydanında mitinq keçirən müxalifət qüvvələri növbəti aksiyanı mayın
6-da keçirmək qərarına gəliblər. APA-nın
məlumatına görə, «Sol cəbhə»nin əlaqələndiricisi Sergey Udaltsov mitinq
iştirakçılarına bu tarixin səsvermə yolu ilə müəyyənləşdirməyi təklif edib.
Qeyd edək ki, mayın 7-də Moskvada yeni seçilmiş prezident Vladimir Putinin
inauqurasiyası keçiriləcək.
Terror aktı törətməkdə təqsirli bilinən şəxs edam olundu
Belarusun paytaxtı Minsk şəhərinin metrosunda törədilən terror
aktında iştirakda təqsirli bilinən Vladislav Kovalyov edam olunub.
APA-nın
məlumatına görə, bu gün Vitebskda yaşayan V.Kovalyovun anası Lyubov Kovalyova
ev ünvanına oğlunun edam olunması ilə bağlı məktub alıb.
Xatırladaq ki, Minsk Metropoliteninin «Oktyabrskaya» stansiyasında terror aktı 2011-ci il aprelin 11-də törədilib.
Xatırladaq ki, Minsk Metropoliteninin «Oktyabrskaya» stansiyasında terror aktı 2011-ci il aprelin 11-də törədilib.
Türkiyə və Azərbaycandan müştərək tank istehsalı layihəsi
Türkiyə və Azərbaycan Altay döyüş tanklarının birgə istehsalı ilə bağlı
danışıqlar aparırlar. Lenta.ru-nun verdiyi məlumata görə, Azərbaycan Müdafiə
Nazirliyi həmçinin Ukrayna ilə köhnəlmiş zirehli texnikaların
modernləşdirilməsi müəssisələrinin yaradılması ilə bağlı da danışıqlar
aparır.
Qeyd edək ki, Altay tankları Türkiyənin
Otokar və Cənubi Koreyanın Hyundai Rotem şirkətləri tərəfindən K-2 Black
Panther-in bazası əsasında yaradılıb.
пятница, 16 марта 2012 г.
Yığma komandamız FİFA-nın reytinqindən kənarda qaldı
Qadınlardan ibarət milli
komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə,
FİFA-nın 2012-ci il üçün ilk reytinqində 174 yığma yer alıb.
Bu komandalardan 134-ü topladığı xalla əsasən müvafiq yerlərdə qərarlaşıb. İlk
3 pillədə ABŞ (2166), Almaniya (2163) və Yaponiya (2114) yığmaları qərarlaşıb.
Adı əsas reytinqdən kənarda olan 40 milli komandanın hamısı isə topladığı xaldan asılı olmayaraq, 135-ci pillədə qərarlaşıb.
Adı əsas reytinqdən kənarda olan 40 milli komandanın hamısı isə topladığı xaldan asılı olmayaraq, 135-ci pillədə qərarlaşıb.
Daha bir əsgərimiz minaya düşdü
Azərbaycan Ordusunun əsgəri minaya düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin
ANS PRESS-ə verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli rayonu istiqamətində
qeydə alınıb. Milli Ordunun əsgəri, 20 yaşlı Anar Hüseynqulu oğlu Məmmədov
düşmənlə təmas xəttində minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı
əsgər hospitala yerləşdirilib.
Qeyd edək ki, A. Məmmədov Bakının Xətai Rayon Hərbi Komissarlığından həqiqi
hərbi xidmətə çağırılıb.
четверг, 15 марта 2012 г.
Bərdədə 2 məcburi köçkün qız üstündə bıçaqlandı [Video]
Bərdədə
bıçaqlanma hadisəsi qeydə alınıb. Ağdam rayonundan olan 2 məcburi köçkün,
kimliyi hələ də dəqiqləşdirilməyən şəxs tərəfindən,bıçaqlanıblar. Xəsarət alan
dostlar,xəstəxanaya yerləşdiriliblər. Hal-hazırda onların vəziyyətinin normal
olduğu bildirilir.Polis idarəsindən,araşdırma aparıldığını əsas gətirərək,açıqlama
verməyiblər.
Prezident əfv sərəncamı imzaladı.Əfv edilən xoşbəxt məhkumlar [Siyahı]
Azərbaycan prezidenti İlham Əliyev məhkumların
əfv olunması haqqında sərəncam imzalayıb. AzərTAc-ın verdiyi məlumata görə, dövlət başçıcı bu sərəncamı məhkum olunmuş bir sıra şəxslərin,
onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının
müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv
haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini,
cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq
və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər
tutaraq imzalayıb:
"Cüneyt Biçər özü getdi." Xəzər Lənkəran "yerlibazlığa" başlayır.
Cüneyt
Biçər özü vəzifəsindən getmək istəyirdi. Rəhbərlik bu səbəbdən baş məşqçi
postunda dəyişik etməyə qərar verdi”. Bu fikirləri apasport.az saytına
açıqlamasında “Xəzər Lənkəran” klubunun icraçı-direktoru Höccət Hacıyev deyib.
Onun sözlərinə görə, ötən il dekabrın əvvəlində Mirça Rednikin yerinə gətirilən Cüneyt Biçər baş məşqçi kimi işini davam etdirmək istəməyib: “O, hələ “İnter”lə oyundan əvvəl rəhbərliyə getmək istədiyini demişdi.
Onun sözlərinə görə, ötən il dekabrın əvvəlində Mirça Rednikin yerinə gətirilən Cüneyt Biçər baş məşqçi kimi işini davam etdirmək istəməyib: “O, hələ “İnter”lə oyundan əvvəl rəhbərliyə getmək istədiyini demişdi.
Masallıda dəhşətli qəza:3 nəfər həyatını itirdi [Video]
Masallıda dəhşətli
qəza. Hadisə ötən gecə, Ələt Astara magistral yolunun 160-cı km-də,Masallı
rayonu Alvadı kənd ərazisində qeydə alınıb.VAZ 2107 markalı avtomobil, İran
sakinin idarə etdiyi,yük maşınına çırpılıb. Hadisə zamanı, sürücü və sərnişinlərdən
ikisi, elə ordaca keçiniblər. Daha iki nəfər xəsarət alıb.
AzTopNews CTV
əməkdaşlarının , hadisə yerindən hazırladıqları reportajı,sizə təqdim edir.
Çelsi-Napoli 4-1 (Azərbaycanca Videoİcmal) ÇL 8/1 15.03.2012
Çempionlar Liqası, 2011/2012 mövsümünün 8/1 final mərhələsi
çərçivəsində,2-ci oyun günündə, "Çelsi" klubu İtaliyanın "Napoli" klubu
ilə qarşılaşıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan "Çelsi" evdə bu
məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Matçın 90 dəqiqəsi 3:1 hesabı
ilə başa çatdığından əlavə hissəyə ehtiyac yaranıb. Burada daha bir
dəfə fərqlənən "zadəganlar" növbəti mərhələyə adlayıblar - 4:1.
UEFA Avroliqa 8/1 final mərhələsinin oyunları üçün proqnozlar və oyunların canlı yayımı
ATLETİK
BİLBAO - MANÇESTER YUNAYTED (ilk oyun:3-2)
UDİNEZE - AZ ALKMAAR (ilk oyun: 0-2)
HANNOVER-STANDART (ilk oyun:2-2)
PSV
EYNDHOVEN – VALENSİYA
(ilk oyun: 2:4)
MANÇESTER
SİTİ - SPORTİNQ LİSSABON (ilk oyun:0-1)
BEŞİKTAŞ
- ATLETİKO MADRİD (ilk oyun: 1-3)
OLİMPİAKOS
- METALİST XARKOV (ilk oyun:0-1)
ŞALKE-TVENTE (ilk oyun:0-1)
Oyunları canlı izləmək üçün aşağıdakı linkə daxil olun
среда, 14 марта 2012 г.
Qarabağ heç-heçə ilə Neftçi qələbə ilə döndü [Videoİcmal]
Azərbaycan kubokunun 1/4
final mərhələsin ilk oyunları çərçivəsində “Qəbələ” “Qarabağ”ı qəbul etdi. Maraqlı
idman mübarizəsində keçən oyun 2:2 hesablı bərabərliklə başa çatdı.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Kubok oyunları çempionatdan fərqli olur. Hər iki
komanda bu gün diqqətli oyun göstərdi, futbolçular sona kimi mübarizə
apardılar. Cavab oyununun necə keçəcəyini bilmirəm. Hər iki komandanın şansı
eynidir. Bugünkü oyunda hesab ədalətli oldu”.
Baş nazirə nazirdən "bir quş" [Video]
Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğan partiyasının (Ədalət və İnkişaf Partiyası – AKP) qrup iclasında
çıxış edərkən qeyri-adi hadisə baş verib. İclas vaxtı tədbir iştirakçıları baş
naziri dinlədikləri halda, təhsil naziri Ömer Dinçer kağızdan təyyarə düzəltməklə
məşğul olub. “Doğan” xəbər agentliyinin (DHA) müxbiri isə təhsil nazirinin bu
hərəkətini videoya çəkməyə müvəffəq olub.
İran xüsusi xidmət orqanları üçün casusluq edən dəstə saxlanıldı
Azərbaycanda
"SEPAH"-la əməkdaşlıq edən dəstə zərərsizləşdirilib. ANS PRESS-in
Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinə istinadən
verdiyi məlumata görə, nazirliyin həyata keçirdiyi əməliyyat tədbirləri
nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi
zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin
törədilməsində təqsirli bilinən 22 nəfər ifşa olunaraq tutulub.
İnter - Xəzər Lənkəran matçını canlı izlə
Azərbaycan kuboku uğrunda ¼ final mərhələsinin ilk oyun günü “İnter” “Xəzər Lənkəran” matçı canlı izlə 14 mart
2012-03-14
Martın 14-də keçiriləcək Azərbaycan kubokunun ¼ final mərhələsinin
ilk oyunları çərçivəsində keçiriləcək “İnter”
“Xəzər Lənkəran” matçı bu komandalar arasındakı 27-ci qarşılaşma olacaq.
İndiyədək bakılılarla 20 dəfə çempionat,
6 dəfə kubokda üz-üzə gələn lənkəranlılar , bu görüşlərdə 6 qələbə qazanıb və 7
dəfə məğlub olublar.
вторник, 13 марта 2012 г.
Yahoo FaceBooku məhkəməyə verdi
Tanınmış İnternet şirkəti Yahoo
dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-u məhkəməyə verib. İddia ərizəsinə
əsasən, Facebook şirkətə məxsus olan və Yahoo-nun adına patenləşdirilmiş 10
texnologiyadan qeyri-qanuni yolla istifadə edib.
Öz iradlarını Yahoo, hələ fevral ayında irəli sürmüş və məsələnin dinc yolla həlli üçün Facebook-dan külli miqdarda kompensasiya tələb etmişdi.
Öz iradlarını Yahoo, hələ fevral ayında irəli sürmüş və məsələnin dinc yolla həlli üçün Facebook-dan külli miqdarda kompensasiya tələb etmişdi.
Подписаться на:
Сообщения (Atom)