четверг, 15 марта 2012 г.

"Cüneyt Biçər özü getdi." Xəzər Lənkəran "yerlibazlığa" başlayır.

Cüneyt Biçər özü vəzifəsindən getmək istəyirdi. Rəhbərlik bu səbəbdən baş məşqçi postunda dəyişik etməyə qərar verdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun icraçı-direktoru Höccət Hacıyev deyib. 
Onun sözlərinə görə, ötən il dekabrın əvvəlində Mirça Rednikin yerinə gətirilən Cüneyt Biçər baş məşqçi kimi işini davam etdirmək istəməyib: “O, hələ “İnter”lə oyundan əvvəl rəhbərliyə getmək istədiyini demişdi. 



Prezidentimiz də həmin matçdan sonra Biçərin idman direktoru postuna qayıtmaq şərti ilə müraciətini qəbul etdi. Biçərin niyə belə istəkdə olduğunu deyə bilmərəm. Bunu ondan soruşub, özünün cavab verməyi daha düzgün olardı”.

Hacıyev baş məşqçi postuna gətirdikləri Yunis Hüseynovun yeganə namizəd olmadığını deyib: “Bir neçə namizəd vardı. Ancaq adlarını açıqlamaq istəməzdim. Klub rəhbərliyi bundan sonra yerli baş məşqçi ilə çalışmaq, komandada yerli futbolçuların sayının çox olmağını istəyir. Buna görə də azərbaycanlı mütəxəssisə üstünlük verdik. Hüseynovun reytinqi daha yüksək olduğundan, onunla işləmək variantını dəyərləndirdik və 2 illik müqavilə imzaladıq”.

Hüseynov mövsümün qızğın vaxtında – “altılığ”ın startında və ölkə kubokunun həlledici mərhələsində iş başına keçdiyindən, nəticə qazanması çətin olacaq. Hər halda, 47 yaşlı çalışdırıcı tanış olmadığı, hazırlamadığı komandanı uğura daşımalıdır. “Xəzər Lənkəran” rəsmisinin sözlərinə görə, yüksək dəyər verdikləri Hüseynova güvənirlər: “Bildiyiniz kimi, “Xəzər Lənkəran” yarandığı vaxtdan həmişə çempionluq, kubok uğrunda mübarizə aparıb. Ola bilər ki, Hüseynov buna nail olmasın. Əlbəttə, yeni baş məşqçiyə mövsümün bu vaxtında çətin olacaq. Ancaq istənilən halda, bu vəzifə qarşıda durur və Hüseynov da ona nail olmaq uğrunda mübarizə aparmalıdır. Bunu etməsə, maraq da olmaz. Baş məşqçini dəyişdirdiyimiz üçün əlimizi işdən soyutmamalıyıq ki”.

Qeyd edək ki, Hüseynovun yeni komandasında debütü Premyer Liqanın XXIV turunda martın 18-də “Bakı” ilə ev oyununda reallaşacaq

Комментариев нет:

Отправить комментарий