четверг, 22 марта 2012 г.

"Böyük Oyun" öncəsi "Xəzər-Lənkəran"ın böyük itkisi

“Böyük oyun” öncəsi “Xəzər Lənkəran” komandası növbəti məşqini martın 22-də keçirdi. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komanda martın 22-də Bakının Xırdalan qəsəbəsində yerləşən Bakı şəhər yol polisi idarəsinə məxsus stadionda saat 16:00-da məşqə çıxıb. Əsasən toplu çalışmalarla davam edən hazırlıq prossesinin sonunda iki tərəfli oyun da keçirilib. 

İmişlidə yanğın: Diqqətli qonşu ev sahiblərini xilas etdi [Video]

Bayram gecəsi , İmişli rayonunun Hacımuradlı kəndində yanğın hadisəsi baş verib.Yanğının qısaqapanmadan baş verdiyi bildirilir. Ev sahibləri son anda xilas ola biliblər. Onları diqqətli qonşu xilas edib. Evin alışdığını görən qonşu,dərhal ev sahiblərini oyadaraq,yanğını söndürməyə kömək edib.
AzTopNews  CTV əməkdaşlarının hadisə yerindən çəkdikləri kadrları sizə təqdim edir.

Salyanda mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var [Video]

Bu gün səhər saatlarında, Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Cəlilabad rayon sakininin idarə etdiyi "Qazel" markalı mikroavtobus,Bakı istiqamətində hərəkətdə olarkən,qarşıdan gələn," Jiquli" markalı avtomobillə toqquşub. Mikroavtobus çevrilərək,yolun kənarına düşüb. Hadisə zamanı 8 nəfər xəsarət alıb.

Ağdamda xeyir-şər evi istifadəyə verildi [Video]

Ağdam rayonunda məcburi köçkünlər  üçün xeyir-şər evi istifadəyə verilib. Gələcəkdə belə binaların digər məcburi köçkün qəsəbələrində də tikiləcəyi gözlənilir.

AzTopNews  CTV əməkdaşlarının Ağdamdan hazırladığı reportajı sizə təqdim edir.

Meteohəssas insanlara xəbərdarlıq!!!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara növbəti dəfə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, martın 23-dən 25-dək Abşeron yarımadasında təzadlı dəyişkən hava şəraiti, xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi, havanın temperaturunun xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Göyçayda avtomobil piyadanı vurdu

Azərbaycanın Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb. Rayonun Şəkər kənd sakini, 1966-cı il təvəllüdlü Əhmədov Zülfü Səməd oğlu idarə etdiyi 23-BB-652 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə yolu keçən piyadanı - 1968-ci il təvəllüdlü Eyvazov Akif Əlisa oğlunu vurub. 

"Azərbaycan İsrail vətəndaşları üçün təhlükəli ölkələrdən biridir"

İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşları üçün terror təhlükəsinin real olduğu ölkələrin adını açıqlayıb.
APA-nın “İzrus”-a istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycanın da adı var.
Terrorla mübarizə qərargahı qeyd edir ki, söhbət davam edən potensial təhlükədən gedir, İsrail vətəndaşlarına zərurət olmadan Azərbaycana səyahət etməmək tövsiyə olunur. 

Bu gün ümumdünya su günüdür

Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb.
Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.

İntihar edən ana bayram günündə uşağını yetim qoydu

Balakən rayonunda intihar hadisəsi baş verib. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 21-də rayonun Gərəkli kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı Rəsmiyə Həsən qızı Həsənova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asıb.

Şamaxıda torpaq sürüşməsi baş verib

Şamaxı rayonunda Muğanlı kəndi ərazisində torpaq sürüşməsi baş verib. Şamaxı rayon İcra Hakimiyyəti başçısının sosial işlər üzrə müavini Ağamustafa Vahidovun ANS PRESS-ə verdiyi məlumata görə, 2009-cu ildən gedən torpaq sürüşməsi bu il yağıntılardan sonra daha da intensivləşib. Əgər ötən ildən 14 ev qəzalı vəziyyətdə idisə, indi onların sayı 50-yə çatır.