вторник, 6 марта 2012 г.

Gündəlik Qoroskop [07.03.2012]



QOÇ

Bu gün, ictimai ətraf sahələrinizdə və ya yoldaşlıq mühitlərinizdə pul mövzularında çalışın işə başlamayasız. Borc almayın və ya verməyin, çünki hiyləgər və ya dəqiq olmayan şərtlər altında olacaqsınız. Asan aldadılmağa və ya istismar edilməyə uyğun ola bilərsiniz.

Lady Gaganın arxivindən.Ofisiant Gaga necə seksi lady oldu?[FotoLent]

İngiltərənin məşhur dərgiləri, Lady Gaganın 18 yaşında olarkən çəkdirdiyi şəkilləri yayımlayıblar. İndi milyonlarla dollarlıq proyektlərə imza atan Gaga, o vaxtlar, günə 50 dollara, ofisiant kimi çalışırdı. Əsl adı, Stefani Germanotta olan Lady Gaganın 8 il öncəki şəkilləri yayımlayan dərgidə belə şərh verilib. “O günlərdə, məşhur olmağı xəyal edən Gaga, sonda istəyinə qovuşdu ”


Ucarda 3 avtomobil toqquşdu,2 nəfər həyatını itirdi [Video]

Ötən gün, gecə satlarında, Ucar rayon ərazisində, 3 avtomobil toqquşub. Ağır yol nəqliyyat hadisəsində 2  nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Hadisə Bakı-Kürdəmir-Qazax magistral yolunun 248 -ci km-də,Ucar rayon Qazqumlax kənd ərazisində baş verib. Avto qəzada, 25 yaşlı Ucar rayon  Qarabörk kənd sakini Səbuhi Əliyev idarə etdiyi vaz 2108 markalı avtomabillə Ucar istiqamətinə hərəkətdə olarkən,  bu zaman həmin yolun əks istiqamətində

Ağcəbədidə polis biganəliyinə qarşı etiraz aksiyası keçirilib [Video]

İtkin düşən qızın qohumları,Ağcəbədidə yolu kəsərək etiraz aksiyası keçiriblər. Onların etirazlarına səbəb polisin bu məsələyə biganə yanaşması göstərilir. Belə ki, qızın yaxınları iddia edirlər ki, Ağcəbədi polisi axtarışlara ciddi yanaşmır.Hadisə yerinə gələn rayon icra hakimiyyəti nümayəndələri də qızın qohumlarını dinləyiblər. Polisin müdaxiləsindən sonra aksiya yekunlaşıb.
Xatırladaq ki, 19 yaşlı Ağcəbədi sakini, evdən naməlum şəkildə yoxa çıxıb. Artıq 3 gündür ki, onun axtarışları davam edir.

Bu gün "Yel" çərşənbəsidir [Video]

Yel çərşənbəsi günündə  əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Robot "Çita" sürət rokordu vurdu [Video]

Dünyanın ən sürətli quru heyvanı, çitadan ilhamlanaraq inkişaf etdirilən robotun sürəti, saatda 29 kilometrə  çatdırıldı.
Pentaqona bağlı Amerika Müdafiə və Araşdırma Agentliyi-nin maliyyələşdirdiyi  və ABŞ-ın Massachusetts əyalətindəki Boston Dynamics adlı şirkətin inkişaf etdirdiyi "Çita", bu ana qədər çıxarılan 4 ayaqlı robotların ən sürətlisi olaraq, qeyə alındı. Proyekt, DARPA-nın nəzəri və təcrübi robot elmi proqramı çərçivəsində icra edilir.