вторник, 6 марта 2012 г.

Robot "Çita" sürət rokordu vurdu [Video]

Dünyanın ən sürətli quru heyvanı, çitadan ilhamlanaraq inkişaf etdirilən robotun sürəti, saatda 29 kilometrə  çatdırıldı.
Pentaqona bağlı Amerika Müdafiə və Araşdırma Agentliyi-nin maliyyələşdirdiyi  və ABŞ-ın Massachusetts əyalətindəki Boston Dynamics adlı şirkətin inkişaf etdirdiyi "Çita", bu ana qədər çıxarılan 4 ayaqlı robotların ən sürətlisi olaraq, qeyə alındı. Proyekt, DARPA-nın nəzəri və təcrübi robot elmi proqramı çərçivəsində icra edilir.


Xatırladaq ki,bundan öncəki robot, 21 km sürət yığa bilmişdi.Təşkilatdan verilən məlumatda, məqsədin robotun qaçış limitini tapmaq və sürəti minimum 80 km-ə çatdırmaq olduğu bildirildi
DARPA ilə Boston Dynamics, hal-hazırda Amerika piyadalarının döyüş bölgələrində yüklərini daşımaları üçün, BigDog və AlphaDog adlı iki it robotu üzərində də çalışırlar. Çitada sınanmaqda olan yeni texnologiyanın bu iki robota da tətbiq oluna biləcəyi deyilir.
Afrikada və Orta şərqin bəzi bölgələrində yaşayan  çitalar, saatda 120 kilometr sürətlə qaça bilirlər. 500 metr məsafədə bu sürətini qoruya bilən çita, 0-dan 100 kilometr sürətə yalnız 3 saniyədə qalxa bilir.

Комментариев нет:

Отправить комментарий