понедельник, 12 марта 2012 г.

Günlük Qoroskop [13.03.2012]


 QOÇ

İş sahələrinizdə keçmişdən həll edilməmiş məsələlər sizi əsəbi edə bilər. İş sıxlığınız səbəbiylə xəstəliklərə açıq ola bilərsiniz. Sizə emrivaki edildiyində reaksiyalarınız yüksək olur amma sonra çox peşman olursunuz.

KinoSeans: "Kuklalar" filmi

AzTopNews, bu gündən etibarən ,hər gün sizə,  Azərbaycan və dünya kinosunun ən son və ən yaddaqalan nümunələrini təqdim edəcək.
Müstəqillik illərində çəkilmiş filmlərimiz çox vaxt tənqidə məruz qalsalar da,tamaşaçı və kinotənqidçilərinin rəğbətini qazananlar da olub. Bu gün sizə təqdim edilən "Kuklalar" filmi də bu qəbildəndir. Film ölkəmizi müxtəlif xarici film festivallarında təmsil etmişdir.


Peruda velosipedçilər soyunaraq etiraz etdilər [Video]

Peruda velosipedçilər, qeyri-adi etiraz üsuluna əl atıblar. Soyunan nümayişçilər, bu etiraz aksiyası ilə, avtomobil sürücülərinə izah etməyə çalışıblar ki, onlar, digər nəqliyyat vasitəsi istifadəçilərinə qarşı , mədəni davranmalıdırlar. Aksiyada , təxminən 500 nəfər perulu soyunaraq çılpaq velosiped sürüb. 
“Soyunmuşuq ki, onlara ətdən və qandan ibarət olduğumuzu göstərək, çünki onlar çox vaxt bunu unudurlar. Avtomobil sürücüləri yollarda çox lovğadırlar”.

Bərdədə yüksək sürət yenə can aldı [Video]

Yüksək sürət yenə can aldı. Daha bir qəza, Bərdə-Tərtər magistralında baş verib. Yüksək sürətlə hərəkət edən Mersedes markalı avtomobil, yoldan çıxaraq dərəyə yuvarlanıb. Şahidlərin dediklərinə görə, sürücü ötmə əməliyyatını yerinə yetirərkən gecikib və qarşıdan gələn avtomobillə toqquşmadan qaçmaq üçün, yolun tamamilə sol tərəfinə keçib, Yolun soluna çıxandan sonra torpaq yola düşən avtomobil, sürüşərək idarəetməni itirib. Nəticədə maşın yolun solundakı, daş karxanasına məxsus dərəyə yuvarlanıb.

İran ayətullahlarından “Anti-Novruz” çağırışları

İran ayətullahları Məhərrəm Şirazi və Safi Qolpaeqani ölkə vətəndaşlarını Novruz bayramını- ilaxır çərşənbəni qeyd etməməyə çağırıb. Ayətullahlar fikirlərini onunla əsaslandırırlar ki, bayram İslama qədər zərdüştlük dini geniş yayılan zaman qeyd edilirmiş. 

Yanğın faciəsi: 11 nəfər həyatını itirdi. [Video]

Esenyurtda bir inşaat tikintisində, işçilərin qaldığı çadırlarda baş verən yanğın nəticəsində, 11 adam həyatını itirdi.
Güzelyurt Məhəlləsi, 6-cı prospekt üzərindəki bir inşaat tikintisində, işçilərin yataqxana olaraq istifadə etdiyi çadırlarda, hələ məlum olmayan bir səbəblə yanğın baş verib.

Vərəmə qarşı yeni vaksinlər hazırlanır

Dünyada vərəmə qarşı yeni vaksinlər hazırlanır. AzTopNews-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bildirib.
Onun sözlərinə görə, hazırda vərəmə qarşı hazırlanan 10-a yaxın yeni vaksin sınaqdan keçirilir. Mütəxəssis deyib ki, bu yenilik vərəmin qarşısını almaq üçün müsbət dəyişikliklərə nail olmağa imkan verəcək.