понедельник, 12 марта 2012 г.

Vərəmə qarşı yeni vaksinlər hazırlanır

Dünyada vərəmə qarşı yeni vaksinlər hazırlanır. AzTopNews-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bildirib.
Onun sözlərinə görə, hazırda vərəmə qarşı hazırlanan 10-a yaxın yeni vaksin sınaqdan keçirilir. Mütəxəssis deyib ki, bu yenilik vərəmin qarşısını almaq üçün müsbət dəyişikliklərə nail olmağa imkan verəcək.
 ÜST nümayəndəsi qeyd edib ki, vərəm 15-44 yaşlı qadınlar arasında əsas ölüm səbəblərindən biridir. 2010-cu ildə dünyada 320 min qadın vərəmdən ölüb. 

Комментариев нет:

Отправить комментарий