среда, 29 февраля 2012 г.

Mina - Gəlin dönək evə [Klip]

Vahid Mustafayevin rejissoru olduğu "Xoca" bədii filminin soundtracki olan "Gəlin dönək evə" mahnısı üçün hazırlanmış klip BakıFilm-in rəsmi youtube kanalında izləyicilərə təqdim edildi.
Klipdə filmdən kadrlarla yanaşı Minanın səsyazma studiyasındakı ifasından da epizodlar var. Gənc müğənninin yeni imicdə olması da nəzərlərdən qaçmır.
Klipi sizə təqdim edirik.

Gündəlik Qoroskop [01.03.2012]


QOÇ
Bu gün tamailə özünüzü daha rahat hiss etməyə başlayacaqsınız. Üzərinizdəki miskinlik yerini istəklərinizə buraxacaq. Ani qərarlar gün içində təsirli ola bilər, çünki asanlıqla sıxılacaqsınız. İş sahələrinizdə əsaslarınıza qarşı reaksiyalı olmamağa çalışmalısınız.

Yaponlar insanabənzər robot EMIEW2-ni təqdim etdilər [Video]

Yapon elektronika nəhəngi Hitachi, insanabənzər robot EMIEW2in ən yeni modelini təqdim etdi.
İnternetə bağlanıb obyektləri öyrənə bilən robot, itən əşyaların yerini də də təsbit edib sahibinə göstərə bilir.
İnkişaf etdirilərək insan üzlərini tanıyıb ayırd edə bilən hala gətirilən EMIEW2 adlı robot artıq özünə göstərilən obyektləri öyrənməyə və yerlərini tapmağa çatacaq qədər süni zəka sahibi oldu.

Bataqlığa düşmüş atın xilası hamını duyğulandırdı [Fotolar]

İngiltərədə bataqlığa düşmüş atı qurtarmağa çalışan qadının görüntüləri görənləri duyğulandırdı. Qadın 3 saat ərzində atın yanından ayrılmayıb. Atın xilası üçün çaba sərf edərkən öz üst-başı da palçığa batan qadın sonda istəyinə nail olub.
AzTopNews sizə hadisə yerindən çəkilmiş şəkilləri təqdim edir