среда, 29 февраля 2012 г.

Mina - Gəlin dönək evə [Klip]

Vahid Mustafayevin rejissoru olduğu "Xoca" bədii filminin soundtracki olan "Gəlin dönək evə" mahnısı üçün hazırlanmış klip BakıFilm-in rəsmi youtube kanalında izləyicilərə təqdim edildi.
Klipdə filmdən kadrlarla yanaşı Minanın səsyazma studiyasındakı ifasından da epizodlar var. Gənc müğənninin yeni imicdə olması da nəzərlərdən qaçmır.
Klipi sizə təqdim edirik.

Gündəlik Qoroskop [01.03.2012]


QOÇ
Bu gün tamailə özünüzü daha rahat hiss etməyə başlayacaqsınız. Üzərinizdəki miskinlik yerini istəklərinizə buraxacaq. Ani qərarlar gün içində təsirli ola bilər, çünki asanlıqla sıxılacaqsınız. İş sahələrinizdə əsaslarınıza qarşı reaksiyalı olmamağa çalışmalısınız.

Yaponlar insanabənzər robot EMIEW2-ni təqdim etdilər [Video]

Yapon elektronika nəhəngi Hitachi, insanabənzər robot EMIEW2in ən yeni modelini təqdim etdi.
İnternetə bağlanıb obyektləri öyrənə bilən robot, itən əşyaların yerini də də təsbit edib sahibinə göstərə bilir.
İnkişaf etdirilərək insan üzlərini tanıyıb ayırd edə bilən hala gətirilən EMIEW2 adlı robot artıq özünə göstərilən obyektləri öyrənməyə və yerlərini tapmağa çatacaq qədər süni zəka sahibi oldu.

Bataqlığa düşmüş atın xilası hamını duyğulandırdı [Fotolar]

İngiltərədə bataqlığa düşmüş atı qurtarmağa çalışan qadının görüntüləri görənləri duyğulandırdı. Qadın 3 saat ərzində atın yanından ayrılmayıb. Atın xilası üçün çaba sərf edərkən öz üst-başı da palçığa batan qadın sonda istəyinə nail olub.
AzTopNews sizə hadisə yerindən çəkilmiş şəkilləri təqdim edir

вторник, 28 февраля 2012 г.

Gündəlik Qoroskop [29.02.2012]


QOÇ
Maddi mövzular sizin üçün əhəmiyyətli olmağa başlayacaq. Bu sahələrdə şansınız yüksək olacaq. Özünüzü etibarlı hiss etməyə daha çox ehtiyacınız ola bilər.

Od çərşənbəniz mübarək [Video]

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. Ulu əcdadlarımızın əski bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - suodyel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanlarınGünəş ə, oda olan müqəddəs inamından irəli gəlir.


Sürətli qatara yox deyən italyan aktivist ölümünü sürətləndirdi [Video]


İtalyanın Torino şəhəri ilə Fransanın Lion şəhəri arasında çəkilməsi nəzərdə tutulan sürətli qatar xəttinin çəkilməsinə etiraz edən edən Sürətli Qatara Xeyr (NO TAV) qrupunun lideri Luca Abba  komalıq oldu.
Torino yaxınlarında sürətli qatar  xəttiylə əlaqədar görülən işlərə maneə yaratmaq istəyən Abba, əlində NO TAV yazılı bayraqla birlikdə elektrik dirəyinə dırmaşdı. Bayrağı dirəyə bağlayan Abba, daha sonra bir anda yüksək elektrik cərəyanına qapılaraq yerə düşdü. 

İranda yer titrədi.Yaralananlar var.

İranın şərqindəki Ravan şəhərində 5,4 bal gücündə zəlzələ olub. İlkin məlumatlara görə 6 adam yaralanıb.
İran dövlət televiziyası, zəlzələnin binalara, yollara, su kanallarına və şəhərin yaxınındakı anbara ziyan verdiyini bildirib.
Televiziyanın verdiyi xəbərdə, həmçinin, şəhərin ətrafındakı çöl bölgədə olan bəzi evlərin də ziyan gördüyü  ifadə edildi.
Xatırladaq ki, Ravan şəhəri, paytaxt Tehranın 750 kilometr  cənub-şərqində yerləşir

Göydən yenə daş gəlir. Meteorid yer kürəsinə doğru.

Göydən daş gəlir xəbəri heç də ilk deyil. Bu günə qədər yer kürəsinə doğru gələn bütün meteoridlər planetə zərər vurmadan səmanın dərinliklərində yoxa çıxıblar. Növbəti belə xəbər İspaniyadan gəldi.
İspan astronomlar, gələn il 15 Fevral tarixində 50 metr diametrindəki bir meteoridin yer kürəsini sıyırıb keçəcəyini kəşf ediblər.

Hindistan - Azərbaycan 0-3 (Yoldaşlıq Görüşü) 27.02.12 [Videoİcmal]

Dubayda təlim-məşq prosesini davam etdirən Azərbaycan futbol yığma komandası növbəti yoldaşlıq görüşünü dünən Hindistan futbolçuları ilə keçirib.
Yığmamızın hücumçusu Vüqar Nadirov oyunun 3-cü dəqiqəsində hesabı açaraq komandamızı önə çıxarıb. Bundan sonra daha 2 dəfə fərqlənən yığmamızın qollarına 43-cü dəqiqədə penaltidən Mahir Şükürov və 84-cü dəqiqədə Nizami Hacıyev imza atıblar.

Qadın kişiyə nə zaman lazım olur? Kişilərin seks ehtiyacları [Araşdırma]

Aparılan araşdırmalar sonucunda, qadınların kişilərə nə zaman və hansı məqsədlərlə lazım olduğu məlum oldu.

Araşdırma kişilərin çətinliklərlə rastlaşarkən və xüsusilə iqtisadi sıxıntı keçirdikləri zamanlarda daha çox seksə ehtiyacı olduqlarını ortaya qoydu.
Kişilər 2 qrupa bölünmüş və birinci qrupdan diş ağrısı haqda,ikinci qrupdan isə öz ölümləri haqda  düşünmələri istənilmişdi. 

Artistin Oskar alması Twitterdə Demet Akalını məzə obyektinə çevirdi.

Bir neçə gün öncə, Artist filmini kinoteatrda izləyən Akalın,filmdən narazı qalmış və bilet pulunu geri istəmişdi. Əsas olaraq o filmin ağ-qara və səssiz olmasını qeyd etmişdi.
Kinoteatr rəhbərliyi bilet pulunu geri qaytarmamış, əvəzində müğənniyə başqa bir filmə bilet təklif etmişdi.
Filmin 10-cu dəqiqəsindən salonu tərk edən ulduz bu haqda twitter sosial şəbəkəsində də qeydlər aparmışdı.

понедельник, 27 февраля 2012 г.

Gündəlik Qoroskop [28.02.2012]


QOÇ
Mühitdən,müxtəlif qruplardan və ictimai ətrafınızdan iş sahələrində dəstək görəcəksiniz. Həyat sizi bir çox mövzuda dəstəkləyəcək. Sirrli mövzuları və hadisələri həll etmə istəyiniz yüksək olacaq. Keçmişi ana bilər, başınızı köhnə mövzulara qarışdıra bilərsiniz.


Bulud arasından boylanan UFO [Video]

Rusiyada qeyri adi hadisə. Bulud arxasından görünən bu dumana bənzərin UFO olduğu iddia edilir.

Təbii ki, bu videoçarxdan sonra yenə də UFO,uçan boşqab məsələsi qızışacaq və bu istiqamətdə müzakirələr başlayacaq.  

Natavan Həbibi depressiyadan necə çıxdı? [Video]

Uzun müddətdir ki efirlərdə görünməyən, depressiyada olduğu bildirilən və bir müddət haqqında ölüm şaiyəsi yayılan müğənni Natavan Həbibidən yeni açıqlamalar.
Tanınmış müğənni  Natavan Həbibi uzun müddətdən sonra yenidən RTV şirkətlər qrupunun istehsalı olan, şou-məkan verilişinə müsahibə verib. Piar məsələsində sərhədlərindən danışan müğənni, açıq-saçıq geyimlərlə gündəmdə olmağın əleyhinə olduğunu qeyd edib. İstedadına və səsinə güvəndiyini deyən Nata,istəmədiyi mahnını da reytinq  naminə  oxumayacağını əlavə edib. 

İstanbulun Taksim meydanında izdihamlı aksiya [Video]

26 fevral 2012-ci il tarixindəndə Türkiyənin Taksim meydanında,Azərbaycan və Türkiyə Xocalını birgə andılar. Yürüşə çoxlu sayda insan qatıldı. İzdihamlı aksiyaya qoşulanlar sırasında çoxlu sayda tanınmış simalar da var idi. Müxtəlif vasitələrlə, soyqırımın dünyaya çatdırılmasına çalışan kütlə xarici telekanalların da diqqət mərkəzində idi. Rusiya və digər xarici dövlətlərin telekanalları birbaşa hadisə yerindən reportajlar hazırladılar.

воскресенье, 26 февраля 2012 г.

Qalatasaray - Beşiktaş (3-2) 26.02.12 [Videoİcmal]

Türkiyə çempionatının 28-ci turunda aslan qartaldan bir baş üstün oldu. Turun bağlanış matçında qələbə qazanan Qalatasaray xal ehtiyyatını 63-ə qaldırdı. Aslanın qollarına 15 və 90+1 dəqiqələrində Elmander,52 ci dəqiqədə isə Melo imza atdı. Beşiktaşın 2 dəfə hesabda geri düşdüyü oyunda ilk bərabərlik qolunu 49-cu dəqiqədə İbrahim Toraman vurdu.

Atletiko Madrid - Barselona 1-2 (26.02.12) [Videoİcmal]

27 fevral 2012, Visente Kalderon stadionu,Madrid. İspaniya çempionatı 2011/2012. 25-ci tur/


36' Daniel Alves Barselonanı səfərdə önə çıxartdı.
49' Falkao hesabı bərabərləşdirir.
81' Messi yenidən kataloniya təmsilçisini hesabda önə keçirdi.

Gündəlik Qoroskop [ 27.02.2012 ]


QOÇ 
Əlaqələrinizdə balanslı və uyğun olacağınız bu gün, ortaq şəkildə işlərinizdə də özünüzü rahatlıqla göstərəcəksiniz. İşin içində yoldaşlarınızın olduğu mövzularda pul baxımından bəzi yalanlar meydana gələ bilər. Diqqətli olmanız lazımdır.

Gündəlik Qoroskop [26.02.2012]


QOÇ
Bu gün, iş həyatınızda bir az əsəbi davranışlar sərgiləyə bilərsiniz. Gözlənilməz hadisələr, iş mühitlərinizdə bəzi qarışıqlıqlara səbəb ola bilər. Boş yerə küsəyənlik etməkdən qaçınmanız lazımdır. Canınız çox bir şey etmək istəməyə bilər.



суббота, 25 февраля 2012 г.

Şou-Biznesimizin yaxşı oğlanı kimdir? [Video]

Manaf Ağayev, RTV-in Şou-Məkan verilişinə verdiyi müsahibədə,jurnalistlərin onun sənətindən xəbərsiz olduğunu,disklərinə tam baxmadan onu bayağı mahnılar ifa etməkdə günahlandırdıqlarını deyib. O həmçinin tamaşaçıların onu,yaxşı oğlan kimi tanıdıqlarını qeyd edib. Bundan başqa nömrə bir ulduzlara da söz atmaqdan çəkinməyən Manaf, "Nömrə maşınlarda olur" deyib.
AzTopNeWs sizə Şou-Məkan verilişdən bu parçanı təqdim edir.




Qısqanc qardaş bacısını ürəyindən bıçaqladı [Video]


Türkiyədə Bağçılar ərazisindəki  benzindoldurma məntəqəsinə gedən M. Y. başqa bir avtomobil içində gördüyü 26 yaşındakı bacısı Y.Y.nı ürəyindən bıçaqladı.
Bacısını biri qadın olmaqla, üç kənar şəxslə başqa avtomobildə  görən oğlan maşına yaxınlaşıb. Aralarında mübahisə düşərkən,qızın qardaşı cibində gəzdirdiyi bıçaqla bacısını ürəyindən bıçaqlayıb. Hadisə zamanı maşında oturan digər şəxslər də yaralanıblar.

Azərbaycan - Sinqapur 2-2 (Yoldaşlıq Görüşü) 24.02.12 [Videoİcmal]


24 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki The Seven stadionunda Azərbaycan və Sinqapur yığma komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər. Oyunda hesabı 15-ci dəqiqədə  yığmamızın oyunçusu Rauf Əliyev açıb. 62-ci dəqiqədə standart vəziyyətlərin mahir ifaçısı, Mahir Şükürov hesabı 2-0-a çatdırıb.

"Xoca" filmi mediaya təqdim olundu. [Treyler]

24 fevral tarixində “Nizami” kinoteatrında mətbuat nümayəndələri üçün “Xoca” filminin təqdimat mərasimi keçirilib. AzTopNews ANS PRESS-ə istinadən xəbər verir ki, mətbu orqanların nümayəndələri Azərbaycanda gerçək hadisələrə əsaslanan neo ekspressionizmin ilk nümunəsi olan “Xoca” filmini kinoteatrın zalında izləyiblər.