суббота, 25 февраля 2012 г.

"Xoca" filmi mediaya təqdim olundu. [Treyler]

24 fevral tarixində “Nizami” kinoteatrında mətbuat nümayəndələri üçün “Xoca” filminin təqdimat mərasimi keçirilib. AzTopNews ANS PRESS-ə istinadən xəbər verir ki, mətbu orqanların nümayəndələri Azərbaycanda gerçək hadisələrə əsaslanan neo ekspressionizmin ilk nümunəsi olan “Xoca” filmini kinoteatrın zalında izləyiblər.



Mətbuat nümayəndələri ilə yanaşı, filmi kinonun rejissoru, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, filmin baş prodüseri, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev də izləyiblər. Filmin ərsəyə gəlməsində 2 minə yaxın insan iştirak edib ki, bu da Azərbaycan kinosu üçün nadir hadisədir. Filmə külli miqdarda silah-sürsat, şəxsi heyət və zirehli texnika cəlb olunub. 
Sizə film haqda qısa məlumat,filmin yaradıcı heyəti və filmin treylerini təqdim edir və Azərbaycan gerçəklərini özündə əks etdirən bu filmi izləməyi təklif edirik

"XOCA"
QISA MƏZMUNU:
İki gənc - Əliəkbər və Günel ərizə verib, Bakıda nigah növbəsinə dayanırlar. Nigah və toy mərasimini 1992-ci il fevral ayının 25-də keçirmək qərara alındıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağda - Xocalıya qayıdır. 
Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy  və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını onun ürəyi verir... 

Ssenari müəllifi: Vahid Naxış
Quruluşçu rejissor: Vahid Mustafayev
Baş prodüser: Mir Şahin
Prodüser: Eyyub Danişvər
Bəstəkar:  Yaşar Baxış
Səs rejissoru: Məsud Behnam
Operator: Afşin Əlizadə
Montaj: Elşad Rəhimov

:



Комментариев нет:

Отправить комментарий