пятница, 16 марта 2012 г.

Günlük Qoroskop [17.03.2012]

QOÇ
Bu gün səyahət və ya təhsilə söykənən işləriniz daha çox ön planda ola bilər. İş sahələrinizdə tutacağınız fürsətləri yaxşı qiymətləndirməlisiniz. Uzun zamandır çətinlik çəkdiyiniz iş və kariera sahələrinizdə müsbət qarlılıqlı təsirlər var.


Yığma komandamız FİFA-nın reytinqindən kənarda qaldı

Qadınlardan ibarət milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın 2012-ci il üçün ilk reytinqində 174 yığma yer alıb.
Bu komandalardan 134-ü topladığı xalla əsasən müvafiq yerlərdə qərarlaşıb. İlk 3 pillədə ABŞ (2166), Almaniya (2163) və Yaponiya (2114) yığmaları qərarlaşıb.
Adı əsas reytinqdən kənarda olan 40 milli komandanın hamısı isə topladığı xaldan asılı olmayaraq, 135-ci pillədə qərarlaşıb. 

Daha bir əsgərimiz minaya düşdü

Azərbaycan Ordusunun əsgəri minaya düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 20 yaşlı Anar Hüseynqulu oğlu Məmmədov düşmənlə təmas xəttində minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Qeyd edək ki, A. Məmmədov Bakının Xətai Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.