суббота, 25 февраля 2012 г.

Şou-Biznesimizin yaxşı oğlanı kimdir? [Video]

Manaf Ağayev, RTV-in Şou-Məkan verilişinə verdiyi müsahibədə,jurnalistlərin onun sənətindən xəbərsiz olduğunu,disklərinə tam baxmadan onu bayağı mahnılar ifa etməkdə günahlandırdıqlarını deyib. O həmçinin tamaşaçıların onu,yaxşı oğlan kimi tanıdıqlarını qeyd edib. Bundan başqa nömrə bir ulduzlara da söz atmaqdan çəkinməyən Manaf, "Nömrə maşınlarda olur" deyib.
AzTopNeWs sizə Şou-Məkan verilişdən bu parçanı təqdim edir.




Qısqanc qardaş bacısını ürəyindən bıçaqladı [Video]


Türkiyədə Bağçılar ərazisindəki  benzindoldurma məntəqəsinə gedən M. Y. başqa bir avtomobil içində gördüyü 26 yaşındakı bacısı Y.Y.nı ürəyindən bıçaqladı.
Bacısını biri qadın olmaqla, üç kənar şəxslə başqa avtomobildə  görən oğlan maşına yaxınlaşıb. Aralarında mübahisə düşərkən,qızın qardaşı cibində gəzdirdiyi bıçaqla bacısını ürəyindən bıçaqlayıb. Hadisə zamanı maşında oturan digər şəxslər də yaralanıblar.

Azərbaycan - Sinqapur 2-2 (Yoldaşlıq Görüşü) 24.02.12 [Videoİcmal]


24 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki The Seven stadionunda Azərbaycan və Sinqapur yığma komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər. Oyunda hesabı 15-ci dəqiqədə  yığmamızın oyunçusu Rauf Əliyev açıb. 62-ci dəqiqədə standart vəziyyətlərin mahir ifaçısı, Mahir Şükürov hesabı 2-0-a çatdırıb.

"Xoca" filmi mediaya təqdim olundu. [Treyler]

24 fevral tarixində “Nizami” kinoteatrında mətbuat nümayəndələri üçün “Xoca” filminin təqdimat mərasimi keçirilib. AzTopNews ANS PRESS-ə istinadən xəbər verir ki, mətbu orqanların nümayəndələri Azərbaycanda gerçək hadisələrə əsaslanan neo ekspressionizmin ilk nümunəsi olan “Xoca” filmini kinoteatrın zalında izləyiblər.