среда, 7 марта 2012 г.

Gündəlik Qoroskop [08.03.2012]


QOÇ
Bu gün, maddiyyətə söykənən mövzularda gözlənilməz yerlərdən gözəl dəstəklər görə bilərsiniz. Başınızda bir çox plan var. Fərqində olmadan bu planlara görə hərəkət edəcəksiniz. Yaradıcılığınız və eşqə yanaşmanız ehtiraslı olacaq.

Ucarda tükürpədici qətl.Ər arvadını başından güllələdi [Video]

Ucarda qısqanclıq zəmnində dəətli qətl hadisəsi törədilib.
Rayonun Lək kəndində üc uşaq anası öldürülüb. Rayon sakini  İntiqam Musayev 25 yaşlı həyat yoldaşı  Turanə Musayevanı qoşalülə ov tüfəngi ilə başından vuraraq qətlə yetirib. Hadisədən sonra İntiqam Musayev qaçsa da polisin kecirdiyi əməliyyat axtarış  tədbirləri nəticəsində tutulub. Faktla bağlı  Ucar rayon Prokrorlugunda cinayət işi başlanılıb araşdırma aparılır.

Goranboyda cibgirlik edən Gəncə sakini saxlanıldı [Video]

Goranboyda cibgirlik edən Gəncə sakini saxlanılıb.Goranboy polisi rayon ərazisində cibgirliklə məşğul olan şəxsi yaxalayıb.
Polis şöbəsinə rayon sakini müraciət edərək bildirib ki, rayonun Qızılhacılı kəndinə gedərkən mikroavtobusda onun cibindən pul yoxa çıxıb. Dərhal rayon polis şöbəsində əməliyyat axtarış tədbirlərinə başlanıb. Məlum olub ki pulu çıxaran Gəncə şəhər sakini Tağıyev Sultan Əkbər oğludur.Araşdırmalar zamanı o da məlum olub ki, Sultan Tağıyev əvvəllər də bir neçə dəfə məhkumluq həyatı keçirib. 

Lənkəranda zəncirvari qəza.3 avtomobil toqquşub [Video]

Lənkəranda 3 avtomobilin toqquşması ilə nəticələn zəncirvari qəza baş verib. Qəza xəsarətssiz ötüşsə də, bayram günlərində xərclərin çox olduğu bir vaxtda, dəyən ziyan xeyli miqdardadır.
Axşam saatlarında Lənkəranda 3 avtomobil toqquşub.Zəncirvari qəza Həydər Əliyev prospektində baş verib.
Prospektdə hərəkətdə olan, 19 yaşlı  Hüseyn Hüseynzadənin idare etdiyi 2107 markalı  avtomobil qarşısında geden  eyni markalı   42 – ba - 223 nomrə nişanlı  avtomobilin arxasına çırpılıb. 

Azərbaycan Premyer Liqasının XIX turu - İcmallar (Yenilənir)

Premyer Liqanın XIX turu çərçivəsində “Xəzər Lənkəran“ komandası bu gün , martın 7-də Tovuz şəhər stadionunda “Turan” klubunun qonağı oldu. Komandanın heyətində bəzi itkilər var idi. Belə ki, zədə üzündən Kamran Ağayev və Elnur Allahverdiyev, həmçinin sarı vərəqə limitini aşdığına görə Eder Bonfim, Katalin Doman və Andre Mureşan “Turan”la oyunda komandaya kömək edə bilmədilər.Matçın ilk dəqiqələrində hesabı açan “Xəzər Lənkəran” komandası Tovuz təmsilçisi ilə qarşılaşmadan 3-xalla ayrıldı.

Düşmən ölkə "Eurovision"da iştirakdan imtina etdi.

Ermənilər Eurovision 2012-də iştirak etməyəcək. Bu gün Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə bununla bağlı rəsmi məktub göndərib.
AzTopNews-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə,«Eurovision» mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor) Yan Ola Sand, bu qərarı belə dəyərləndirib: “Biz çox təəssüflənirik ki, onlar bu cür qərar qəbul etdilər. 

Arsenal-Milan 3-0 (Məlumat+HQ Videoİcmal) 06.03.12

Səfərdə "Milan"a 4-0 hesabı ilə məğlub olaraq vəziyyətini gərginləşdirən "Arsenal", doğma azərkeşləri önündə möcüzə yaratmalıydı. Koselnınin 7-ci dəqiqədə hesabı açması topçuları ümidləndirdi. Ardından, 26-cı dəqiqədə Rosiçki, hesabı 2-0 etdi. 42-ci dəqiqədə van Persi penaltidən,3-cü qolu vuranda, hamı,42 dəqiqə əvvəl mümkünsüz görünənə inanmağa başladı. Amma topçular bundan artığını edə bilmədilər. ilk hissəyə 3 qol yerləşdirən "Arsenal" ikinci hissədə lazım olan 1 qolu vura bilməyincə, "Milan " növbəti mərhələyə adladı.