среда, 7 марта 2012 г.

Lənkəranda zəncirvari qəza.3 avtomobil toqquşub [Video]

Lənkəranda 3 avtomobilin toqquşması ilə nəticələn zəncirvari qəza baş verib. Qəza xəsarətssiz ötüşsə də, bayram günlərində xərclərin çox olduğu bir vaxtda, dəyən ziyan xeyli miqdardadır.
Axşam saatlarında Lənkəranda 3 avtomobil toqquşub.Zəncirvari qəza Həydər Əliyev prospektində baş verib.
Prospektdə hərəkətdə olan, 19 yaşlı  Hüseyn Hüseynzadənin idare etdiyi 2107 markalı  avtomobil qarşısında geden  eyni markalı   42 – ba - 223 nomrə nişanlı  avtomobilin arxasına çırpılıb. 
Toqquşmadan sonra bu avtomaşınların arxasınca gələn vaz 21014 markalı  90 lo 073 dövlet qeydiyyat nişanlı digər  avtomobil də qəzadan qaça bilməyib. O, Hüseyn Hüseynzadənin  idarə etdiyi avtomaşına çırpılıb. Nəticədə xəsarət alan olmasa da hər  3 maşına ciddi ziyan dəyib.


Комментариев нет:

Отправить комментарий