среда, 7 марта 2012 г.

Goranboyda cibgirlik edən Gəncə sakini saxlanıldı [Video]

Goranboyda cibgirlik edən Gəncə sakini saxlanılıb.Goranboy polisi rayon ərazisində cibgirliklə məşğul olan şəxsi yaxalayıb.
Polis şöbəsinə rayon sakini müraciət edərək bildirib ki, rayonun Qızılhacılı kəndinə gedərkən mikroavtobusda onun cibindən pul yoxa çıxıb. Dərhal rayon polis şöbəsində əməliyyat axtarış tədbirlərinə başlanıb. Məlum olub ki pulu çıxaran Gəncə şəhər sakini Tağıyev Sultan Əkbər oğludur.Araşdırmalar zamanı o da məlum olub ki, Sultan Tağıyev əvvəllər də bir neçə dəfə məhkumluq həyatı keçirib. 
Sultan ilk cibgirlik əməlinə görə 1975 –ci ildə məhkum olunub.
Qeyd edək ki, Sultan Tağıyevin digər cinayətlərdə də əlinin olub olmadığı araşdırılır. Bu əməlinə görə isə onu ən azından iki il həbs gözləyir.

Комментариев нет:

Отправить комментарий