пятница, 9 марта 2012 г.

Gündəlik Qoroskop [10.03.2012]


QOÇ

Önümüzdəki 2 həftə boyunca əhəmiyyətli görüşlər və razılaşmalar gündəmə gələ bilər. İfadəniz rahatlayacağından, artıq plan və proyektlərinizi dilləndirə bilər və bu mövzularda hərəkətə keçə bilərsiniz. Bir az eqoistləşəcəksiniz.

Qarabağ məsələsi İsveç parlamentində [Video]

İsveç parlamentində, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, qətnamənin müzakirəsi aprelin ikinci ongünlüyünə təyin olunub.  Bu barədə  İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.
Emil Mirzəyevin sözlərinə görə, İsveç parlamentinin deputatları, qətnamənin aprelin 10-da müzakirəyə çıxarılacağını, qeyd olunan müddətdə qətnamə ilə bağlı səsvermənin keçiriləcəyini bildirib. Xatırladaq ki, bu, İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair səsverməyə çıxarılacaq ilk qətnamədir. 

Göyçayda eyni vaxtda üç kənddə meşə yanğını [Video]

Göyçay rayonunda yanğın hadisələri baş verib. Hadisələr martın 7-də axşam saatlarından  rayonda əsməyə başlayan güclü küləkdən sonra qeydə alınıb.
Baş verən yanğın nəticəsində  Ləkçiplaq, Kürdəmiş və Qaraman kəndlərində kol-kos, ağaclar və quru ot, torpaq sahələrin kənarındakı qamışlıq zolağı yanıb.
Yanğının həyətyanı sahələrə, yaşayış evlərinə keçməsinin qarşısının alınması üçün, Göyçay yanğından mühafizə hissəsinin  maşınları və canlı qüvvəsi,hadisə yerlərinə cəlb edilib və alov söndürülüb. 

Ermənilər ölüləri də dinc buraxmırlar.Hədəf qəbirstanlıqlardır [Video]

El adət ənənələrinə uyğun olaraq ilaxır cərşənbəsindən sonar, camaat əzizlərinin qəbirini ziyarət edir,onların ruhuna ehsanlar paylanılır, dualar oxunur.Bu günlərdə cəbhəyanı kəndlərin  qəbristanlığında, erməni gülləsi altında olan qəbirləri ziyarət etmək, olduqca çətin və təhlükəlidir.
Ağdamın Mirəşelli kənd qəbristanlığı ermənistan ordusunun gözü önündədir Düşmən ordusunun postu ilə qəbirstanlıq arasında məsafə cəmi 300-400 metrdir.