пятница, 9 марта 2012 г.

Ermənilər ölüləri də dinc buraxmırlar.Hədəf qəbirstanlıqlardır [Video]

El adət ənənələrinə uyğun olaraq ilaxır cərşənbəsindən sonar, camaat əzizlərinin qəbirini ziyarət edir,onların ruhuna ehsanlar paylanılır, dualar oxunur.Bu günlərdə cəbhəyanı kəndlərin  qəbristanlığında, erməni gülləsi altında olan qəbirləri ziyarət etmək, olduqca çətin və təhlükəlidir.
Ağdamın Mirəşelli kənd qəbristanlığı ermənistan ordusunun gözü önündədir Düşmən ordusunun postu ilə qəbirstanlıq arasında məsafə cəmi 300-400 metrdir. 
Əziz günlərdə doğmalarının qəbirlərini ziyarət etməyə gələn yerli sakinlər düşmən hədəfinə tuş gəlir.
Qəbristanlıq Mirəşelli, Orta Qərvənd və işğal altında olan Baş Qərvənd kəndlərinin ümumi qəbristanlığıdır. 18 ildən coxdur ki ,  bu kəndlərin sakinləri yaxınlarının məzarını qorxa qorxa ziyarət edir.Dəfələrlə sakinlər, düşmən atəşinə məruz qalıblar.Həyatını itirəndə olub, yaralananda
Qəbristanlıq üç tərəfdən ermənilərin nəzarətində olan postlarla əhatə olunub. Tez-tez atəşə məruz qalan qəbirstanlığın  bütün məzar daşlarında,  güllə izləri var .Qəbir daşları erməni snayperlərinin nişangahına çevrilib.
Cəbhə bölgəsində yerləşən, Mirəşelli kənd qəbristanlığında vəziyət son dərəcə təhlükəli olduğundan,  son bir neçə ildə dəfn edilmiş insanların  tək-tək daş qəbirlərinə  rast gəlmək mümkündür. Düşmən gülləsinə tuş gəlməməsi üçün sakinlər qəbirlərin üstünə kiçik xatirə lövhəsi vurmaqla kifayətlənirlər. 

Комментариев нет:

Отправить комментарий