пятница, 9 марта 2012 г.

Göyçayda eyni vaxtda üç kənddə meşə yanğını [Video]

Göyçay rayonunda yanğın hadisələri baş verib. Hadisələr martın 7-də axşam saatlarından  rayonda əsməyə başlayan güclü küləkdən sonra qeydə alınıb.
Baş verən yanğın nəticəsində  Ləkçiplaq, Kürdəmiş və Qaraman kəndlərində kol-kos, ağaclar və quru ot, torpaq sahələrin kənarındakı qamışlıq zolağı yanıb.
Yanğının həyətyanı sahələrə, yaşayış evlərinə keçməsinin qarşısının alınması üçün, Göyçay yanğından mühafizə hissəsinin  maşınları və canlı qüvvəsi,hadisə yerlərinə cəlb edilib və alov söndürülüb. 
Hadisə zamanı ümumilikdə 3 hektar sahə yanaraq külə dönüb. 
Yanğınlar kənd sakinlərinin səhlənkarlığı ucbatından baş verib.  Kənd sakinləri kəndlərə tez-tez hücum edib, mal-qaranı tələf edən canavar, çaqqal və tülkülərin sığınacaq yerlərini dağıtmaq üçün, havanın küləkli olmasından istifadə edərək, yaxınlıqdakı qamışlıq və kol-kosu yandırıblar.  Nəticədə, küləkli havada sürətlə yayılan alov vəhşi heyvanlarla yanaşı, insanlar üçün də təhlükə yaradıb. Yanğından mühafizə hissəsinin əməkdaşlarının verdiyi məlumata görə, kol-kos, qamışlıq, quru otlaq və biçilmiş taxıl sahələrinin vətəndaşlar tərəfindən yandırılması halları tez-tez baş verir. Qeyd edək ki, fevralın 26-da bir gündə rayonun 8 kəndində bu cür yanğın hadisələri baş vermişdi 
  

Комментариев нет:

Отправить комментарий