суббота, 17 марта 2012 г.

Günlük Qoroskop [18.03.2012]


QOÇ

Merkuri fərdi sahələrinizdə geriləməsinə başladı, ona görə səhv başa düşülmələrə uyğun ola bilərsiniz. 4 Aprelə qədər iş və xidmət sahələrinizdə və yaxın ətraf, ünsiyyət mövzularında çətinlik çəkə bilərsiniz.

Fənərbaxçanın sevinci cəmi 15 dəqiqə çəkdi [Videoİcmal]

Türkiyə çempionatının 31-ci turunun mərkəzi qarşılaşması. Fənərbaxça-Qalatasarı qəbul edirdi.
İlk 15 dəqiqəyə 2 qol sığdıran Fənər, daha sonra müdafiədən oyun qurmağa başladı. Hissənin sonuna yaxın fəallığını artıran,meydançada nəzarəti ələ ala bilən Qalatasaray 1 qolun əvəzini çıxa bildi.

"Eurovision - 2012" mahnı müsabiqəsində Səbinə Babayeva bizi bu mahnı ilə təmsil edəcək

Azərbaycanın Eurovision 2012 mahnı müsabiqəsində təmsil olunacağı mahnının adı açıqlandı. Həmçinin mahnı, Eurovision 2012-in rəsmi youtube kanalına əlavə edilib.
Mahnıda,milli ritmlərin qabardılması diqqəti çəkir.
Bu musiqi parçasını sizə təqdim edir,müsabiqədə Səbinə Babayevaya uğur diləyirik.

Növbəti mitinq mayın 6-da keçiriləcək

Bu gün Moskva şəhərinin Puşkin meydanında mitinq keçirən müxalifət qüvvələri növbəti aksiyanı mayın 6-da keçirmək qərarına gəliblərAPA-nın məlumatına görə, «Sol cəbhə»nin əlaqələndiricisi Sergey Udaltsov mitinq iştirakçılarına bu tarixin səsvermə yolu ilə müəyyənləşdirməyi təklif edib. Qeyd edək ki, mayın 7-də Moskvada yeni seçilmiş prezident Vladimir Putinin inauqurasiyası keçiriləcək. 

Terror aktı törətməkdə təqsirli bilinən şəxs edam olundu

Belarusun paytaxtı Minsk şəhərinin metrosunda törədilən terror aktında iştirakda təqsirli bilinən Vladislav Kovalyov edam olunub.
APA-nın məlumatına görə, bu gün Vitebskda yaşayan V.Kovalyovun anası Lyubov Kovalyova ev ünvanına oğlunun edam olunması ilə bağlı məktub alıb.
Xatırladaq ki, Minsk Metropoliteninin «Oktyabrskaya» stansiyasında terror aktı 2011-ci il aprelin 11-də törədilib. 

Türkiyə və Azərbaycandan müştərək tank istehsalı layihəsi

Türkiyə və Azərbaycan Altay döyüş tanklarının birgə istehsalı ilə bağlı danışıqlar aparırlar. Lenta.ru-nun verdiyi məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi həmçinin Ukrayna ilə köhnəlmiş zirehli texnikaların modernləşdirilməsi müəssisələrinin yaradılması ilə bağlı da danışıqlar aparır.
Qeyd edək ki, Altay tankları Türkiyənin Otokar və Cənubi Koreyanın Hyundai Rotem şirkətləri tərəfindən K-2 Black Panther-in bazası əsasında yaradılıb.