суббота, 17 марта 2012 г.

Terror aktı törətməkdə təqsirli bilinən şəxs edam olundu

Belarusun paytaxtı Minsk şəhərinin metrosunda törədilən terror aktında iştirakda təqsirli bilinən Vladislav Kovalyov edam olunub.
APA-nın məlumatına görə, bu gün Vitebskda yaşayan V.Kovalyovun anası Lyubov Kovalyova ev ünvanına oğlunun edam olunması ilə bağlı məktub alıb.
Xatırladaq ki, Minsk Metropoliteninin «Oktyabrskaya» stansiyasında terror aktı 2011-ci il aprelin 11-də törədilib. 
Nəticədə 15 nəfər ölüb, yüzlərlə sərnişin xəsarət alıb. İstintaq nəticəsində məlum olub ki, terror aktı Vitebsk şəhərindən olan iki fəhlə Vladislav Kovalyov və Dmitri Konovalov tərəfindən törədilib. 

Комментариев нет:

Отправить комментарий