суббота, 17 марта 2012 г.

Növbəti mitinq mayın 6-da keçiriləcək

Bu gün Moskva şəhərinin Puşkin meydanında mitinq keçirən müxalifət qüvvələri növbəti aksiyanı mayın 6-da keçirmək qərarına gəliblərAPA-nın məlumatına görə, «Sol cəbhə»nin əlaqələndiricisi Sergey Udaltsov mitinq iştirakçılarına bu tarixin səsvermə yolu ilə müəyyənləşdirməyi təklif edib. Qeyd edək ki, mayın 7-də Moskvada yeni seçilmiş prezident Vladimir Putinin inauqurasiyası keçiriləcək. 
Aksiya iştirakçıları növbəti mitinqi yürüş şəklində keçirmək niyyətindədir. Yürüşün marşrutunun isə Moskva meriyası ilə əvvəlcədən razılaşdırılması planlaşdırılmır. Lakin paytaxt polisi icazəsiz şəkildə keçirilən aksiyaların qarşısının alınacağını bildirib.
Xatırladaq ki, Rusiya müxalifətinin bu gün keçirdiyi mitinq Rusiyada keçirilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq təşkil olunub. Toplantıda təxminən 500 nəfərin iştirak etdiyi bildirilir. 

Комментариев нет:

Отправить комментарий