суббота, 17 марта 2012 г.

Türkiyə və Azərbaycandan müştərək tank istehsalı layihəsi

Türkiyə və Azərbaycan Altay döyüş tanklarının birgə istehsalı ilə bağlı danışıqlar aparırlar. Lenta.ru-nun verdiyi məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi həmçinin Ukrayna ilə köhnəlmiş zirehli texnikaların modernləşdirilməsi müəssisələrinin yaradılması ilə bağlı da danışıqlar aparır.
Qeyd edək ki, Altay tankları Türkiyənin Otokar və Cənubi Koreyanın Hyundai Rotem şirkətləri tərəfindən K-2 Black Panther-in bazası əsasında yaradılıb. 
Türkiyə Müdafiə Nazirliyi Altay tanklarını Leopard, M48 və M60 tipli köhnəlmiş tanklarla əvəzləmək fikrindədir. Altay tanklarının Türkiyə ordusuna 2016-ci ildən verilməsi gözlənilir.
Altay tankının ağırlığı 60 tondur. Tank hamarlüləli top, 12,7 millimetr çaplı pulemyotla təchiz edilib. Altay saatda 70 kilometr sürət yığmaq qabiliyyətinə malik olacaq. Altay tankının ilkin dəyəri 5,5 milyon dollar olacaq. 


Mənbə:AnsPress

Комментариев нет:

Отправить комментарий