среда, 14 марта 2012 г.

Bakı və İnter 3 qolla sevindilər: Azərbaycan Kuboku 1/4 final mərhələsi [Videoİcmallar]

 
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində ötən mövsümün finalçıları – “İnter” və “Xəzər Lənkəran” klubları qarşılaşdı. Dramatik məcrada keçən oyun paytaxt təmsilçisinin qələbəsi ilə başa çatdı – 3:2.



Cüneyt Biçer, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Çox gərgin oyun oldu. Komandamız birinci hissədə məğlub vəziyyətə düşsə də, sonradan gücünü toplayıb iki qol vurdu. Məncə, hesabı qoruyub saxlaya bilərdik. Müəyyən boşluqlara yol verdik. Nəticədə də məğlub olduq. İkinci hissədə də təhlükəli vəziyyətlərimiz oldu. Məğlub olsaq da, ümidimizi növbəti oyuna bağlamışıq. Bir top fərqiylə məğlub olmuşuq. Hesab edirəm ki, cavab oyununda növbəti mərhələyə çıxmaq olar”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “İlk hissədə normal oynadıq və hesabı açdıq. Fasilədən sonra ilk 10-12 dəqiqə ərzində sanki yuxuya getmişdik. Hesabda geri düşsək də futbolçularım əsl xarakter göstərərək yenidən hesabda önə keçdi. Oyunda dönüş yaratmaq heç də asan deyil. Komandamı bu qələbə münasibəti ilə təbrik edirəm. Bir top fərqi ilə qalib gəldik. "Xəzər Lənkəran" öz meydanında yaxşı oynayır. Cütün taleyinə Lənkəranda aydınlıq gələcək”.


Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Bakı” doğma meydanda AZAL-dan üstün oldu – 3:1.
Novruz Əzimov, “Bakı” klubunun məşqçisi: “Bu, kubok oyunudur, cütün taleyinin artıq həll olunduğunu düşünmürəm. Qarşıda bizi cavab oyunu gözləyir. Komandamın bugünkü oyunundan razı qaldım. Bu oyuna mövsüm sonu nəticələrə nikbin baxmağa imkan verir”.
Rafiq Mirzəyev, AZAL klubunun baş məşqçisi: “Cütün taleyi bu oyunla həll olunmayıb. Cavab qarşılşamasında real gücümüzü göstərməyə çalışacağıq. "Bakı"nı qələbə münasibəti ilə təbrik edirəm. Ancaq nəticə oyuna görə olmadı.”.

Комментариев нет:

Отправить комментарий