среда, 14 марта 2012 г.

"ABŞ İranı bu ilin sonunda vuracaq"

Rusiyanın nüfuzlu Kommersant qəzeti, ABŞ-ın İranı vuracağı tarixi açıqladı. Adının açıqlanmasını istəməyən,yüksək rütbəli rus məmuru,İsrailin ABŞ-ı, İranı vurmaq üçün şantaj etdiyini bildirib.Belə ki, o, növbəti seçkilərə qədər, İran vurulmasa, yəhudi icmasının Obamaya səs verməyəcəyini açıqlayıb.

Bundan başqa, ABŞ-ın Rusiyanı da xəbərdar etdiyi bildirilib. Xarici işlər naziri,Hillari Klintonun,aprel ayında keçiriləcək 6 tərəfli görüşün, son şans olduğunu bildirməsi qeyd edilir.
Şərhdə həmçinin bildirilir ki, bölgədə 2 müharibə ehtimalı var. ABŞ-ın Suriya ilə bağlı da müharibə planının olduğu bildirilir.
“Belə vəziyyətdə, İrandan çoxlu sayda insan Azərbaycan sərhəddinə doğru gedəcək.Bu,bölkədə onsuz da gərgin olan vəziyyəti kritik həddə çatdıracaq”

Комментариев нет:

Отправить комментарий