среда, 14 марта 2012 г.

Qarabağ heç-heçə ilə Neftçi qələbə ilə döndü [Videoİcmal]

Azərbaycan kubokunun 1/4 final mərhələsin ilk oyunları çərçivəsində “Qəbələ” “Qarabağ”ı qəbul etdi. Maraqlı idman mübarizəsində keçən oyun 2:2 hesablı bərabərliklə başa çatdı.

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Kubok oyunları çempionatdan fərqli olur. Hər iki komanda bu gün diqqətli oyun göstərdi, futbolçular sona kimi mübarizə apardılar. Cavab oyununun necə keçəcəyini bilmirəm. Hər iki komandanın şansı eynidir. Bugünkü oyunda hesab ədalətli oldu”.


Fatih Kavıak, “Qəbələ” klubunun baş məşqçisi: “Çətin oyun oldu, “Qarabağ”ın güclü komanda olduğunu bilirdik, oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə oyunumuz tam alınmadı. Hesabda irəli olsaq da yekunda 2:2 hesablı bərabərlik oldu. Çox güclü rəqibə qarşı mübarizə apardıq”.


Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən digər oyunda, səfərdə “Kəpəz”in qonağı olan “Neftçi” rəqibini 2:1 hesabı ilə məğlub etdi.

Fuad İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “”Simurq”la oyundan sonra futbolçularımızda yorğunluq var idi. Bu da oyunda öz təsirini göstərdi. “Neftçi”yə qarşı istədiyimiz oyunu göstərə bilmədik”.

Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “”Kəpəz” öz meydanında “Qəbələ”yə qalib gəlmişdi. Bugünkü oyunun çətin olacağını bilirdik. Heyətimizdə zədəli futbolçular var idi. Onların əvəzinə gənc futbolçulara şans verdik. Qalib gəldiyimiz üçün şadam”.

Комментариев нет:

Отправить комментарий