среда, 14 марта 2012 г.

İnter - Xəzər Lənkəran matçını canlı izlə

Azərbaycan kuboku uğrunda ¼ final mərhələsinin ilk oyun günü “İnter”  “Xəzər Lənkəran” matçı canlı izlə 14 mart 2012-03-14
Martın 14-də keçiriləcək Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “İnter”  “Xəzər Lənkəran” matçı bu komandalar arasındakı 27-ci qarşılaşma olacaq. İndiyədək bakılılarla 20 dəfə çempionat, 6 dəfə kubokda üz-üzə gələn lənkəranlılar , bu görüşlərdə 6 qələbə qazanıb və 7 dəfə məğlub olublar. 


                                            Playerdə problem yaranarsa bu linkə daxil olun







Bundan başqa heç-heçə başa çatan 13 görüşün birinin penaltilər seriyasında da qalib gələn məhz “Xəzər Lənkəran” olub. Bu görüşlərdəki top fərqində isə tarazlıqdır – 26:26.
6 matçdan ibarət 4 kubok duelinin 3-də məhz “Xəzər Lənkəran” qalib gəlib. 1/4 finala təsadüf edən 5-ci duelə qədər 2 dəfə - 2004/05 və 2006/07 mövsümlərində yarımfinalda baş tutan ikili qarşılaşmalardan sonra əvvəl “İnter”, sonra “Xəzər Lənkəran” mərhələ adlayan tərəf olmuşdu. 2007/08 və 2010/11 mövsümlərində isə“Xəzər Lənkəran”   finalda qalib gəlmişdi: əvvəl əlavə vaxtda, sonra penaltilərlə. Bu 6 matçda 3 qələbəsi olan “Xəzər Lənkəran” 2 dəfə heç-heçə edib və yalnız 1 dəfə uduzub. Top fərqi də lənkəranlıların xeyrinədir – 7:4. Bu da 2004/05 mövsümünə təsadüf edib. Kubokdakı yeganə məğlubiyyətdən sonra 2524 gündür ki, “İnter” kubokda əyalət təmsilçisi ilə bacarmır.
Qeyd edək ki, “Xəzər Lənkəran” “İnter”lə qarşılaşıb rəqibini üstələdiyi mövsümlərdə kubokun qalibi olub. Belə ki, 2 dəfə finalda buna nail olan komanda 2006/07 mövsümünün həlledici qarşılaşmasında “MKT-Araz”dan üstün olmuşdu – 1:0.


“Xəzər Lənkəran”ın “İnter”ə qarşı oyunları
2004/05   21.11.2004   çempionat                      səfərdə  0:1
2004/05   16.04.2005   Kubok, ½ final, ilk          səfərdə  1:2
2004/05   21.04.2005   çempionat                      evdə        0:0
2004/05   29.04.2005   Kubok, ½ final, cavab   evdə        1:1
2005/06   11.09.2005   çempionat                      səfərdə   0:2
2005/06   12.03.2006   çempionat                      evdə         1:1
2006/07   28.10.2006   çempionat                      evdə         0:0
2006/07   12.04.2007   kubok, ½ final, ilk          səfərdə    1:0
2006/07   18.04.2007   çempionat                      səfərdə    0:0
2006/07   22.04.2007   kubok, ½ final, cavab    səfərdə    1:0
2007/08   06.10.2007   çempionat                      səfərdə    2:2
2007/08   13.04.2008   çempionat                      evdə         3:1
2007/08   24.05.2008   kubok, final                     neytral     2:0, əlavə vaxtda
2008/09   09.11.2008   çempionat                      evdə         2:4
2008/09   24.04.2009   çempionat                      səfərdə    2:2
2009/10   21.08.2009   çempionat                      evdə         1:0
2009/10   06.12.2009   çempionat                      səfərdə    1:1
2009/10   21.03.2010   çempionat                      səfərdə    0:1
2009/10   23.04.2010   çempionat                      evdə         2:2
2010/11   21.08.2010   çempionat                      evdə         0:0
2010/11   27.02.2011   çempionat                      səfərdə    3:1
2010/11   16.04.2011   çempionat                      evdə         1:1
2010/11   30.04.2011   çempionat                      səfərdə    1:1
2010/11   24.05.2011   kubok, final                     neytral      1:1, pen. 4:2
2011/12   30.09.2011   çempionat                      səfərdə    0:1
2011/12   04.12.2011   çempionat                      evdə         0:1

Комментариев нет:

Отправить комментарий