Keçmiş SSRİ Əmanət Bankının
Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan
əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları açıqlanıb. Qaydalar Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 14 mart tarixli Fərmanı ilə təsdiqlənib.
1. Ümumi müddəalar
Bu Qaydalar 1992-ci il 1 yanvar tarixinəkeçmiş SSRİ Əmanət Bankının
Azərbaycan Respublikası Bankınınəmanətçiləri olan vəhəmin bankın hüquqi varisi
“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində(bundan sonra – Bank) bu Qaydaların
qüvvəyə mindiyi tarixəşəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan
Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə,həmin hesabdakı qalıqlar
nəzərə alınmaqla,fərdi birdəfəlik ödəmələrin (bundan sonra – birdəfəlik
ödəmə)verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir.
2. Əsas anlayışlar
2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə
edilir:
2.1. əmanətçi - 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının
Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi
tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və
ya onların vərəsələri;
2.2. əmanət qalığı - əmanətçilərin1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ
Əmanət Bankının Azərbaycan Respublikası Bankında şəxsi əmanət hesablarında olan
və 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikası milli valyutasının
dövriyyəyə buraxılması zamanı hesablaşmalarda müəyyən edilən manatın rubla olan
nisbəti (1 Azərbaycan manatı = 10 rubl) və 2006-ci il yanvarın 1-dən həyata
keçirilmiş manatın denominasiyası (1 yeni Azərbaycan manatı = 5000 Azərbaycan
manatı) nəzərə alınmaqla, bu Qaydaların qüvvəyə mindiyi tarixə Bankda saxladığı
pul vəsaitləri;
2.3. əmanət (bank) kitabçası - keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankında əmanətçiyə şəxsi əmanət hesabının açılmasını və bu
hesabda pul vəsaitinin olmasını təsdiq edən sənəd;
2.4. rubl – keçmiş Sovet Sosialist Respublikaları İttifaqında istifadə
edilən pul vahidi;
2.5. manat – 2006-cı il 1 yanvar tarixindən Azərbaycan Respublikasının
ərazisində ödəniş vasitəsi kimi işlədilən pul vahidi;
2.6. müvəkkil bank – keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankının hüquqi varisi olan “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti;
2.7. vərəsə - vəfat etmiş (ölmüş) əmanətçinin (miras qoyanın) mülki
qanunvericiliklə müəyyən edilmiş qaydada əmlakının (əmanətinin) keçdiyi
Azərbaycan Respublikasının vətəndaşları olan şəxslər.
3. Birdəfəlik ödəmə, onun hesablanması qaydası və
maliyyə mənbəyi
3.1. Əmanətçilərə dövlət tərəfindən bu Qaydaların 3.2-ci bəndində nəzərdə
tutulan qaydada hesablanmaqla birdəfəlik ödəmə verilir.
3.2. Birdəfəlik ödəmə, əmanət qalığının məbləğindən asılı olaraq, aşağıdakı
cədvəldə müəyyən edilmiş qaydada hesablanır:
Əmanət
qalığı (manat)
|
Hesablanma
qaydası
|
0,04
manata (2000 rubla) qədər olduqda
|
Əmanət
qalığının hər bir qəpiyi üçün 75 manat
|
0,04 manatdan 0,1 manata (2000 rubldan 5000 rubla) qədər olduqda
|
300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50
manat
|
0,1 manatdan 0,2 manata (5000 rubldan 10000 rubla) qədər olduqda
|
600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40
manat
|
0,2
manatdan (10000 rubldan)yuxarı
|
1000 manat
+ 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat
|
4. Birdəfəlik ödəmənin verilməsi qaydası və müddəti
4.1. Birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq
barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər
əlavə olunmalıdır:
4.1.1. əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun
olaraq onu əvəz edən sənəd;
4.1.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
4.1.3. soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən
sənədin notarial qaydada təsdiq edilmiş surəti;
4.1.4. vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka
(əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya
bu barədə müvafiq məhkəmə qərarı.
4.2. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş sənədləri Banka təqdim
edən əmanətçilərin əmanət (bank) kitabçasında olan məlumatlar (bankın adı və
olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu
yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün
məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və əmanət (bank)
kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı və
həmin məlumatların bank tərəfindən təsdiqi) Bankda olan sənədlərdəki
məlumatlarla tutuşdurulur. Tutuşdurma zamanı məlumatlar öz təsdiqini taparsa,
əmanətçiyə birdəfəlik ödəmənin verilməsi bu Qaydalara uyğun olaraq Bank
tərəfindən həyata keçirilir.
Tutuşdurma zamanı məlumatlarda uyğunsuzluq aşkar edildikdə, əmanətçinin
müraciəti əsasında bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiya
tərəfindən araşdırma aparılır və müvafiq qərar qəbul edilir.
4.3. Əmanət (bank) kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız
vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda tutuşdurma
aparılır. Tutuşdurma nəticəsində əmanətçinin öz ərizəsində verdiyi məlumatlar
təsdiqini taparsa, Bankın təklifi ilə bu Qaydaların 5-ci bəndində göstərilən
Xüsusi Komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz
edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata
keçirilir. Əmanət (bank) kitabçasını əvəz edən sənədin formasını Xüsusi
Komissiya təsdiq edir.
4.4. Birdəfəlik ödəmə əmanətçinin arzusu ilə nağd qaydada və ya onun digər
bank hesabına köçürülməsi yolu ilə verilir.
4.5. Birdəfəlik ödəməni almış əmanətçinin Banka qarşı bütün tələbləri təmin
edilmiş hesab olunur və əmanətçinin əmanət qalıqlarıüzrə bank müqaviləsinə
həmin məbləği aldığı gündən xitam verilir.
Əmanət qalıqları üzrə Bank əmanəti müqaviləsinə xitam verilməsi birdəfəlik
ödəməninverilməsi üçün əsasdır.
4.6. Birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində
nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət
edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır.
4.7. Birdəfəlik ödəmənin alınması üçün əmanətçilərin müraciət etməsi və
həmin ödəmələrin verilməsi müddəti Azərbaycan Respublikasının Prezidenti
tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.
5. Birdəfəlik ödəmənin verilməsi üzrə yaradılmış
Xüsusi Komissiyanın fəaliyyəti
Xüsusi Komissiyanın fəaliyyəti
5.1. Birdəfəlik ödəmənin verilməsi üzrə yaradılmış Xüsusi Komissiya həmin
birdəfəlik ödəmənin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxır və bu
işlərə ümumi nəzarəti həyata keçirir. Xüsusi Komissiyanın birdəfəlik ödəmənin
verilməsinə dair qəbul etdiyi qərarlar Bank üçün məcburidir. Əmanətçi Xüsusi
Komissiyanın qərarından qanunla müəyyən edilmiş qaydadaaidiyyəti üzrə məhkəməyə
müraciət edə bilər.
5.2. Xüsusi Komissiyanın işinə aidiyyəti dövlət orqanlarının nümayəndələri
cəlb edilir (ezam edilir) və onlar birdəfəlik ödəmələrin verilməsi başa
çatanadək müvafiq işlərin həyata keçirilməsinə ödənişli əsaslarla təhkim
edilirlər.
5.3. Xüsusi Komissiya birdəfəlik ödəmənin verilməsi vəziyyəti barədə hər
növbəti ayın 10-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə aylıq
hesabat təqdim edir.
Mənbə: NBC
Комментариев нет:
Отправить комментарий