четверг, 15 марта 2012 г.

Bərdədə 2 məcburi köçkün qız üstündə bıçaqlandı [Video]

Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb. Ağdam rayonundan olan 2 məcburi köçkün, kimliyi hələ də dəqiqləşdirilməyən şəxs tərəfindən,bıçaqlanıblar. Xəsarət alan dostlar,xəstəxanaya yerləşdiriliblər. Hal-hazırda onların vəziyyətinin normal olduğu bildirilir.Polis idarəsindən,araşdırma aparıldığını əsas gətirərək,açıqlama verməyiblər.

Prezident əfv sərəncamı imzaladı.Əfv edilən xoşbəxt məhkumlar [Siyahı]

Azərbaycan prezidenti İlham Əliyev məhkumların əfv olunması haqqında sərəncam imzalayıb. AzərTAc-ın  verdiyi məlumata görə, dövlət başçıcı bu sərəncamı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalayıb:

"Cüneyt Biçər özü getdi." Xəzər Lənkəran "yerlibazlığa" başlayır.

Cüneyt Biçər özü vəzifəsindən getmək istəyirdi. Rəhbərlik bu səbəbdən baş məşqçi postunda dəyişik etməyə qərar verdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun icraçı-direktoru Höccət Hacıyev deyib. 
Onun sözlərinə görə, ötən il dekabrın əvvəlində Mirça Rednikin yerinə gətirilən Cüneyt Biçər baş məşqçi kimi işini davam etdirmək istəməyib: “O, hələ “İnter”lə oyundan əvvəl rəhbərliyə getmək istədiyini demişdi. 


Masallıda dəhşətli qəza:3 nəfər həyatını itirdi [Video]

Masallıda dəhşətli qəza. Hadisə ötən gecə, Ələt Astara magistral yolunun 160-cı km-də,Masallı rayonu Alvadı kənd ərazisində qeydə alınıb.VAZ 2107 markalı avtomobil, İran sakinin idarə etdiyi,yük maşınına çırpılıb. Hadisə zamanı, sürücü və sərnişinlərdən ikisi, elə ordaca keçiniblər. Daha iki nəfər xəsarət alıb.
AzTopNews CTV əməkdaşlarının , hadisə yerindən hazırladıqları reportajı,sizə təqdim edir.

Çelsi-Napoli 4-1 (Azərbaycanca Videoİcmal) ÇL 8/1 15.03.2012

Çempionlar Liqası, 2011/2012 mövsümünün 8/1 final mərhələsi çərçivəsində,2-ci oyun günündə, "Çelsi" klubu İtaliyanın "Napoli" klubu ilə qarşılaşıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan "Çelsi" evdə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Matçın 90 dəqiqəsi 3:1 hesabı ilə başa çatdığından əlavə hissəyə ehtiyac yaranıb. Burada daha bir dəfə fərqlənən "zadəganlar" növbəti mərhələyə adlayıblar - 4:1.

UEFA Avroliqa 8/1 final mərhələsinin oyunları üçün proqnozlar və oyunların canlı yayımı

ATLETİK BİLBAO - MANÇESTER YUNAYTED (ilk oyun:3-2)
UDİNEZE - AZ ALKMAAR (ilk oyun: 0-2)
HANNOVER-STANDART (ilk oyun:2-2)
PSV EYNDHOVEN – VALENSİYA (ilk oyun: 2:4)
MANÇESTER SİTİ - SPORTİNQ LİSSABON (ilk oyun:0-1)
BEŞİKTAŞ - ATLETİKO MADRİD (ilk oyun: 1-3)
OLİMPİAKOS - METALİST XARKOV (ilk oyun:0-1)
ŞALKE-TVENTE (ilk oyun:0-1)


Oyunları canlı izləmək üçün aşağıdakı linkə daxil olun