среда, 14 марта 2012 г.

Günlük Qoroskop [15.03.2012]


QOÇ

Özünüzü ictimai ətrafınızda, Qrupsal mövzularda ortaya qoya bilərsiniz. Dəvətlər, təşkilatlar, fəaliyyətlər planlamaq üçün möcüzəli bir 15 günə sahib olacaqsınız. Gələcəyinizə istiqamətli işləriniz üçün hərəkətə keçə bilərsiniz.

Bakı və İnter 3 qolla sevindilər: Azərbaycan Kuboku 1/4 final mərhələsi [Videoİcmallar]

 
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində ötən mövsümün finalçıları – “İnter” və “Xəzər Lənkəran” klubları qarşılaşdı. Dramatik məcrada keçən oyun paytaxt təmsilçisinin qələbəsi ilə başa çatdı – 3:2.


Qarabağ heç-heçə ilə Neftçi qələbə ilə döndü [Videoİcmal]

Azərbaycan kubokunun 1/4 final mərhələsin ilk oyunları çərçivəsində “Qəbələ” “Qarabağ”ı qəbul etdi. Maraqlı idman mübarizəsində keçən oyun 2:2 hesablı bərabərliklə başa çatdı.

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Kubok oyunları çempionatdan fərqli olur. Hər iki komanda bu gün diqqətli oyun göstərdi, futbolçular sona kimi mübarizə apardılar. Cavab oyununun necə keçəcəyini bilmirəm. Hər iki komandanın şansı eynidir. Bugünkü oyunda hesab ədalətli oldu”.


Gözünüz aydın: Əmanətlərin geri qaytarılması qaydaları təsdiqləndi



Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları açıqlanıb. Qaydalar Azərbaycan Respublikası Prezidentinin
2012-ci il  14 mart tarixli Fərmanı ilə təsdiqlənib. 

İsveçrədə dəhşətli qəza:22-si uşaq olmaqla,28 nəfər həyatını itirdi [Video]

İsveçredə, Belçikalı uşaqları, məktəbin xizək gəzintisindən gətirən  avtobus, qəzaya uğradı. 22-si uşaq olmaqla, 28 adam öldü.
Xizək tətillərini, İsveçrədə keçirən Belçikanın Flandres bölgəsinin Lommel və Heverlee şəhərlərində təhsil alan şagirdlər, tətillərini sona çatdırıb, geri dönürdülər. 

Baş nazirə nazirdən "bir quş" [Video]

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının (Ədalət və İnkişaf Partiyası – AKP) qrup iclasında çıxış edərkən qeyri-adi hadisə baş verib. İclas vaxtı tədbir iştirakçıları baş naziri dinlədikləri halda, təhsil naziri Ömer Dinçer kağızdan təyyarə düzəltməklə məşğul olub. “Doğan” xəbər agentliyinin (DHA) müxbiri isə təhsil nazirinin bu hərəkətini videoya çəkməyə müvəffəq olub. 

"ABŞ İranı bu ilin sonunda vuracaq"

Rusiyanın nüfuzlu Kommersant qəzeti, ABŞ-ın İranı vuracağı tarixi açıqladı. Adının açıqlanmasını istəməyən,yüksək rütbəli rus məmuru,İsrailin ABŞ-ı, İranı vurmaq üçün şantaj etdiyini bildirib.Belə ki, o, növbəti seçkilərə qədər, İran vurulmasa, yəhudi icmasının Obamaya səs verməyəcəyini açıqlayıb.

İran xüsusi xidmət orqanları üçün casusluq edən dəstə saxlanıldı

Azərbaycanda "SEPAH"-la əməkdaşlıq edən dəstə zərərsizləşdirilib. ANS PRESS-in Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinə istinadən verdiyi məlumata görə, nazirliyin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfər ifşa olunaraq tutulub.

İnter - Xəzər Lənkəran matçını canlı izlə

Azərbaycan kuboku uğrunda ¼ final mərhələsinin ilk oyun günü “İnter”  “Xəzər Lənkəran” matçı canlı izlə 14 mart 2012-03-14
Martın 14-də keçiriləcək Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “İnter”  “Xəzər Lənkəran” matçı bu komandalar arasındakı 27-ci qarşılaşma olacaq. İndiyədək bakılılarla 20 dəfə çempionat, 6 dəfə kubokda üz-üzə gələn lənkəranlılar , bu görüşlərdə 6 qələbə qazanıb və 7 dəfə məğlub olublar.