четверг, 1 марта 2012 г.

Sevgini və ailəni qorumaq üçün 5 qızıl qayda.

İnsanlar niyə evlənirlər? Ya da niyə anlaşılmazlığa düşüb ayrılırlar? Evlilikdə xoşbəxt olmanın qaydaları varmı?
Bəzi qadınlar ərlərindən bahalı brilyantlar, almazlar və bəlkə də möhtəşəm bir sahil istəyir  ancaq əksər qadınlar həyat yoldaşından ən çox bunları gözləyir...


Eurovisionda kürdcə və ya ermənicə mahnı oxunsun!

Barış və Demokratiya Partiyası (Bdp) Türkiyənin Can Bonomo ilə qatılacağı Eurovision mahnı yarışmasında Kürdcə mahnı oxunmasını təklif etib. Təklif, Muş millət vəkili Sirri Sakıkdan gəlib.
"Türkiyə Eurovision Mahnı Yarışmasına Kürdcə mahnıyla qatılsın" deyən Sakık, ingiliscə mahnı ifasını da dəstəkləyib.Türkcə mahnı ifasına isə ehtiyac olmadığını bildirib.

Gündəlik Qoroskop [02.03.2012]



QOÇ
Yeni aya geri planlarla başlasaz belə önünüzdəki bir neçə həftəni planlarınıza yönəldərək keçirmək xeyrinizə. Bu ay sağlamlığınıza  diqqət yetirməlisiniz. Bu gün, iş ünsiyyətinizdə sıxılmağa uyğun olacaqsınız.


Qubada baş verənlər və buna səbəb olan çıxış [Video]

Quba icra hakimiyyətinin  başçısı Rauf Həbibovun Qubalılar haqda dediyi təhqiramiz ifadələr xalqı özündən çıxarıb.Belə ki Həbibov iclas zamanı qubalıların ailələrini və torpaqlarını 30-40 manata satdıqlarını bildirib. İnternetdə yayımlanan videolardan qəzəblənən qubalılar günün əvvəlində məscidlər və digər yerlərdə toplaşıblar. İlk öncə istefa şüarları ilə icraa hakimiyyəti qarşısında mitinq təşkil edən kütlədən Rauf Həbibov şəxsən üzr istəyib.

Bikini ilə yeni dünya rekordu [Fotolar]

Gold Coast Bullet adlı bir yerli qəzet tərəfindən təşkil edilən aksiya özünə gözlənilən maraq və diqqəti çəkə bildi.
Ticarət mərkəzində bir araya gələn qızlar 1,6 kilometrlik məsafəni ayaqla,üstəlik də bikini ilə qət etdilər. Dəniz sahilinə gələn qızları buarada, Guinness rekordlar kitabının rəsmiləri gözləyirdi.
357 qızın qatıldığı yürüş uğurla sona çatdıqdan sonra, 2010-cu ildə 331 qızın iştirakı ilə təşkil edilən eyni məzmunlu aksiyanın rekordu qırılmış oldu.

Təyyarədə bomba var!!!


Amerika səmalarında qəribə olay yaşanıb. Baltimoredan uçuşa başlayan SouthWest havayolları şirkətinə məxsus təyyarədə pilotun təbrik jesti yanlış anlaşılıb. Həmkarının anasının təyyarədə olduğunu bilən və onu təbrik etmək istəyən pilot Təyyarədə Ana Var (we have a mom on the board) desə də, təyyarədəkilər bunu Təyyarədə Bomba Var (we have a bomb on the board) kimi anlayıblar. Nəticədə təyyarədə əsl çaxnaşma düşüb. Sonradan pilot səhvini düzəldib.

Canlı Barbie kuklası [Video]

Yaponiya və Çində gözəlliyi ilə ad çıxarmış və bir çox xəbər kanalının mövzusuna çevrilmiş,böyük bir fanat kütləsi toplayan 16 yaşlı Katakoti əsl real Barbie personajıdır. Katakotinin internetdə öz şəxsi blogu da var. Bu blogda şəkil və videolarını paylaşan qızcığaz qısa zaman kəsiyində böyük populyarlıq qazanıb. Barbie personajının real versiysı olan bu gənc qızın üstünlüyü ondadır ki o, Barbie kuklasına bənzəmək üçün heç bir estetik əməliyyat və yaxud da makiyajdan istifadə etmir.