четверг, 1 марта 2012 г.

Təyyarədə bomba var!!!


Amerika səmalarında qəribə olay yaşanıb. Baltimoredan uçuşa başlayan SouthWest havayolları şirkətinə məxsus təyyarədə pilotun təbrik jesti yanlış anlaşılıb. Həmkarının anasının təyyarədə olduğunu bilən və onu təbrik etmək istəyən pilot Təyyarədə Ana Var (we have a mom on the board) desə də, təyyarədəkilər bunu Təyyarədə Bomba Var (we have a bomb on the board) kimi anlayıblar. Nəticədə təyyarədə əsl çaxnaşma düşüb. Sonradan pilot səhvini düzəldib.

Havayolları şirkətindən məsələni şişirtməyin gərəksiz olduğu bildirilib. Ümumiyyətlə 11 sentyabr hadisələrindən sonra Amerika təyyarələrində belə hallara tez-tez rast gəlinir.

Комментариев нет:

Отправить комментарий