четверг, 1 марта 2012 г.

Sevgini və ailəni qorumaq üçün 5 qızıl qayda.

İnsanlar niyə evlənirlər? Ya da niyə anlaşılmazlığa düşüb ayrılırlar? Evlilikdə xoşbəxt olmanın qaydaları varmı?
Bəzi qadınlar ərlərindən bahalı brilyantlar, almazlar və bəlkə də möhtəşəm bir sahil istəyir  ancaq əksər qadınlar həyat yoldaşından ən çox bunları gözləyir...




Keyfiyyətli zaman keçirmək

Qadınların ərlərindən ən çox gözlədiyi şeylərə ilk olaraq 'zaman' faktoruyla başlayırıq. Söhbət təkcə sevdiyiniz şəxslə zaman keçirməkdən yox keyfiyyətli zaman keçirməkdən gedir. Məsələn sizinlə birlikdə güldüyü, eyni mənzərəyə baxa bildiyi və ya eyni serialı dincliklə izləyə bildiyi anlar. Ticarət mərkəzində üzərinizdə sınadığınız yeni köynək üçün 'necə görünürəm' deyə çəkinmədən soruşa bilmək, çiyininə söykənib gözəl bir eşq filmi izləmək və sair

Ev işlərində köməkçi olmaq

Bir əlində kompüter, digər əlində əmr? Bu da yaramır. Qadınlar keçmişə nisbətlə iş həyatlarına  daha çox qatılırlar, lakin bəzi kişilər 'ev işini qadın edər' söhbətindən xilas ola bilməyərək ev işlərində yoldaşlarına  köməkçi olmur. Əslində kişilər, ev işlərinə iştirak etsələr yoldaşlarından o 'hər vaxt' gözlədikləri isti əlaqə ilə daha çox qarşılaşa biləcəklər.

Təqdir edilmək

Qadınlar, evlilik əlaqəsində,təqdir edilməyi kişilərdən  daha çox sevir. Bu gerçək üçün onları günahlandıra bilməzsiniz. Evi təmizləmək, alveri düşünmək, uşaqlarla maraqlanmaq, ana-ata və hətta qayınanası və qayınatas ilə maraqlanmaq, ad gününüzdə sizi sevindirmək üçün kiçik bir həftə sonu planları etmək.Bütün bunlar və daha artığı, qadınların bir az daha təqdir etməyinizə əsas deyilmi? Bir iki romantik söz və kiçik bir kompliment, bir qadını o qədər xoşbəxt edər ki...

Şəfqət və romantik yaxınlıq

Bir çox evlilik əlaqəsində  'qəribə bir yadlaşma' və şəfqət məhrumluğu görülür. Əl-ələ alovlanmalar, bir anlıq 'ehtiras dolu' öpüşlər, qısa vidalardakı möhkəm sarılmalar pəncərədən çölə atılıb sanki! Qadınlar, yoldaşlarından tez-tez olmasa da 'şəfqət və isti bir təmas' gözləyir...

Anlayış

Qadınlar, yoldaşlarının onların fikirlərinə daha çox hörmət göstərmələrini və onları anlamalarını istəyir. Xüsusilə də sıx şəhər həyatının içində bir oraya bir buraya qaçan 'işləyən qadınlar' yoldaşlarıyla bir yerə gəldikləri zaman düşüncələrinin istirahət etməsini istəyirlər. Nəinki yoldaşının onu anlamasını gözləyən,hətta  özünü ifadə etmək üçün fürsət verilməyən qadınların sayı heç də az deyil. Beləcə gedərək daha da təkləşir və qaçınılmaz 'bədbəxtlik' ilə qarşılaşırlar.

Sevgidə və ailədə əsas faktorlar bunlardır. Ailənizi və sevginizi qoruyun ki itirməyəsiniz.

Комментариев нет:

Отправить комментарий