четверг, 1 марта 2012 г.

Qubada baş verənlər və buna səbəb olan çıxış [Video]

Quba icra hakimiyyətinin  başçısı Rauf Həbibovun Qubalılar haqda dediyi təhqiramiz ifadələr xalqı özündən çıxarıb.Belə ki Həbibov iclas zamanı qubalıların ailələrini və torpaqlarını 30-40 manata satdıqlarını bildirib. İnternetdə yayımlanan videolardan qəzəblənən qubalılar günün əvvəlində məscidlər və digər yerlərdə toplaşıblar. İlk öncə istefa şüarları ilə icraa hakimiyyəti qarşısında mitinq təşkil edən kütlədən Rauf Həbibov şəxsən üzr istəyib.
Sakitləşməyən kütlə binaya daxil olaraq qonaq otağını dağıdıblar.Daha sonra əhali icra başçısının evini alova qərq edib.
Nazir və deputatlar kütlə qarşısında çıxış edərək onları sakitləşməyə və təxribata uymamağa çağırıblar. Aksiya zamanı polis gözyaşardıcı qazdan istifadə edib,saxlanılanlar var. Artıq qiyamın yekunlaşdığı və insanların evlərinə döndükləri bildirilir.

Qubadakı Etiraz aksiyasından görüntülər.



                            



İcra Başçısının çıxışı.


Комментариев нет:

Отправить комментарий