четверг, 1 марта 2012 г.

Eurovisionda kürdcə və ya ermənicə mahnı oxunsun!

Barış və Demokratiya Partiyası (Bdp) Türkiyənin Can Bonomo ilə qatılacağı Eurovision mahnı yarışmasında Kürdcə mahnı oxunmasını təklif etib. Təklif, Muş millət vəkili Sirri Sakıkdan gəlib.
"Türkiyə Eurovision Mahnı Yarışmasına Kürdcə mahnıyla qatılsın" deyən Sakık, ingiliscə mahnı ifasını da dəstəkləyib.Türkcə mahnı ifasına isə ehtiyac olmadığını bildirib.

"Əslində buna ehtiyac yoxdur. Türkcə olmadı amma kürdcə və ya ermənicə mahnı ola bilər" dedi.
Eurovisiona Kürdcə mahnı və Kürd sənətçi göndərilməsinin dünyaya əhəmiyyətli bir mesaj olacağınını müdafiə edən Sakık, belə danışdı: 
Əslində fərqliliklərin ictimaiyyətdə əks olunmasıdır bu. Niyə bunu etmirik?. Bu dövr olmadı amma gələcək dövr üçün zəmin yaradıla bilər. Eurovisionda Kürd sənətçi və Kürdcə mahnı dünyada necə  təsir oyadar? Qardaşlığı gücləndirər. Belə bir fürsət tanınsa Kürdcənin də əhəmiyyətli bir ədəbiyyat dili olduğunu bütün dünya görər.
Can Bonomonun seçilməsi də qardaş ölkədə hələ də müzakirə olunur. Yəhudi mənşəli olması səbəbi ilə seçildiyi iddia edilən Bonomo Türkiyəni Love Me Back adlı mahnısıyla təmsil edəcək.
Xatırladaq ki, Türkiyə 1997-ci ildə türkcə mahnı Dinlə ilə eurovisionda təmsil olunmuş və üçüncülük qazanmışdı. 

Комментариев нет:

Отправить комментарий