вторник, 28 февраля 2012 г.

Gündəlik Qoroskop [29.02.2012]


QOÇ
Maddi mövzular sizin üçün əhəmiyyətli olmağa başlayacaq. Bu sahələrdə şansınız yüksək olacaq. Özünüzü etibarlı hiss etməyə daha çox ehtiyacınız ola bilər.

Od çərşənbəniz mübarək [Video]

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. Ulu əcdadlarımızın əski bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - suodyel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanlarınGünəş ə, oda olan müqəddəs inamından irəli gəlir.


Sürətli qatara yox deyən italyan aktivist ölümünü sürətləndirdi [Video]


İtalyanın Torino şəhəri ilə Fransanın Lion şəhəri arasında çəkilməsi nəzərdə tutulan sürətli qatar xəttinin çəkilməsinə etiraz edən edən Sürətli Qatara Xeyr (NO TAV) qrupunun lideri Luca Abba  komalıq oldu.
Torino yaxınlarında sürətli qatar  xəttiylə əlaqədar görülən işlərə maneə yaratmaq istəyən Abba, əlində NO TAV yazılı bayraqla birlikdə elektrik dirəyinə dırmaşdı. Bayrağı dirəyə bağlayan Abba, daha sonra bir anda yüksək elektrik cərəyanına qapılaraq yerə düşdü. 

İranda yer titrədi.Yaralananlar var.

İranın şərqindəki Ravan şəhərində 5,4 bal gücündə zəlzələ olub. İlkin məlumatlara görə 6 adam yaralanıb.
İran dövlət televiziyası, zəlzələnin binalara, yollara, su kanallarına və şəhərin yaxınındakı anbara ziyan verdiyini bildirib.
Televiziyanın verdiyi xəbərdə, həmçinin, şəhərin ətrafındakı çöl bölgədə olan bəzi evlərin də ziyan gördüyü  ifadə edildi.
Xatırladaq ki, Ravan şəhəri, paytaxt Tehranın 750 kilometr  cənub-şərqində yerləşir

Göydən yenə daş gəlir. Meteorid yer kürəsinə doğru.

Göydən daş gəlir xəbəri heç də ilk deyil. Bu günə qədər yer kürəsinə doğru gələn bütün meteoridlər planetə zərər vurmadan səmanın dərinliklərində yoxa çıxıblar. Növbəti belə xəbər İspaniyadan gəldi.
İspan astronomlar, gələn il 15 Fevral tarixində 50 metr diametrindəki bir meteoridin yer kürəsini sıyırıb keçəcəyini kəşf ediblər.

Hindistan - Azərbaycan 0-3 (Yoldaşlıq Görüşü) 27.02.12 [Videoİcmal]

Dubayda təlim-məşq prosesini davam etdirən Azərbaycan futbol yığma komandası növbəti yoldaşlıq görüşünü dünən Hindistan futbolçuları ilə keçirib.
Yığmamızın hücumçusu Vüqar Nadirov oyunun 3-cü dəqiqəsində hesabı açaraq komandamızı önə çıxarıb. Bundan sonra daha 2 dəfə fərqlənən yığmamızın qollarına 43-cü dəqiqədə penaltidən Mahir Şükürov və 84-cü dəqiqədə Nizami Hacıyev imza atıblar.

Qadın kişiyə nə zaman lazım olur? Kişilərin seks ehtiyacları [Araşdırma]

Aparılan araşdırmalar sonucunda, qadınların kişilərə nə zaman və hansı məqsədlərlə lazım olduğu məlum oldu.

Araşdırma kişilərin çətinliklərlə rastlaşarkən və xüsusilə iqtisadi sıxıntı keçirdikləri zamanlarda daha çox seksə ehtiyacı olduqlarını ortaya qoydu.
Kişilər 2 qrupa bölünmüş və birinci qrupdan diş ağrısı haqda,ikinci qrupdan isə öz ölümləri haqda  düşünmələri istənilmişdi. 

Artistin Oskar alması Twitterdə Demet Akalını məzə obyektinə çevirdi.

Bir neçə gün öncə, Artist filmini kinoteatrda izləyən Akalın,filmdən narazı qalmış və bilet pulunu geri istəmişdi. Əsas olaraq o filmin ağ-qara və səssiz olmasını qeyd etmişdi.
Kinoteatr rəhbərliyi bilet pulunu geri qaytarmamış, əvəzində müğənniyə başqa bir filmə bilet təklif etmişdi.
Filmin 10-cu dəqiqəsindən salonu tərk edən ulduz bu haqda twitter sosial şəbəkəsində də qeydlər aparmışdı.