вторник, 28 февраля 2012 г.

Od çərşənbəniz mübarək [Video]

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. Ulu əcdadlarımızın əski bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - suodyel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanlarınGünəş ə, oda olan müqəddəs inamından irəli gəlir.



 Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. AzTopNews sizə ötən il Azərbaycan Dövlət Televiziyasında od çərşənbəsi ilə bağlı hazırlanmış verilişi təqdim edir.

Комментариев нет:

Отправить комментарий