вторник, 28 февраля 2012 г.

Hindistan - Azərbaycan 0-3 (Yoldaşlıq Görüşü) 27.02.12 [Videoİcmal]

Dubayda təlim-məşq prosesini davam etdirən Azərbaycan futbol yığma komandası növbəti yoldaşlıq görüşünü dünən Hindistan futbolçuları ilə keçirib.
Yığmamızın hücumçusu Vüqar Nadirov oyunun 3-cü dəqiqəsində hesabı açaraq komandamızı önə çıxarıb. Bundan sonra daha 2 dəfə fərqlənən yığmamızın qollarına 43-cü dəqiqədə penaltidən Mahir Şükürov və 84-cü dəqiqədə Nizami Hacıyev imza atıblar.

Oyundan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Berti Foqts komandadan razı qaldığını ancaq güclü komandalarla oyunlarda daha az səhvə yol vermək lazım olduğunu qeyd edib. O həmçinin əlavə edib ki, “hücumda daha yaxşı oynamalıydıq və qol imkanlarından istifadə etməliydik.”
AzTopNews sizə oyunun videoicmalını təqdim edir.

Комментариев нет:

Отправить комментарий