вторник, 28 февраля 2012 г.

Göydən yenə daş gəlir. Meteorid yer kürəsinə doğru.

Göydən daş gəlir xəbəri heç də ilk deyil. Bu günə qədər yer kürəsinə doğru gələn bütün meteoridlər planetə zərər vurmadan səmanın dərinliklərində yoxa çıxıblar. Növbəti belə xəbər İspaniyadan gəldi.
İspan astronomlar, gələn il 15 Fevral tarixində 50 metr diametrindəki bir meteoridin yer kürəsini sıyırıb keçəcəyini kəşf ediblər.

NASA-ın rəsmi internet saytının yaydığı məlumata görə, İspaniya kosmik tədqiqatçılarının  2012 DA14 adını verdikləri meteorid 15 Fevral 2013 saat 19:25-də yer kürəsinə peyklərin orbitindən daha yaxın bir məsafədən, təxminən 35 min km uzaqlıqdan keçəcək.
İspan elm adamları, bu müşahidələrini 23 Fevralda İspaniyanın cənubundakı Saga rəsədxanasında aparıblar. 

Комментариев нет:

Отправить комментарий