вторник, 28 февраля 2012 г.

Artistin Oskar alması Twitterdə Demet Akalını məzə obyektinə çevirdi.

Bir neçə gün öncə, Artist filmini kinoteatrda izləyən Akalın,filmdən narazı qalmış və bilet pulunu geri istəmişdi. Əsas olaraq o filmin ağ-qara və səssiz olmasını qeyd etmişdi.
Kinoteatr rəhbərliyi bilet pulunu geri qaytarmamış, əvəzində müğənniyə başqa bir filmə bilet təklif etmişdi.
Filmin 10-cu dəqiqəsindən salonu tərk edən ulduz bu haqda twitter sosial şəbəkəsində də qeydlər aparmışdı.


Oskar mükafatları təqdim olunarkən Artist filminin 5 nominasiyada qalib olması Akalını məzə obyektinə çevirib. Belə ki, twitter istifadəçiləri Akalınla müxtəlif üsullarla zarafatlaşmaq qərarına gəliblər.
“Bir daha artistlik etmə” və s. iradlardan bezən Demet nəhayət üsyan etdi. “Başınıza mənim boyda daş düşsün, hər filmi sevmək məcburiyyətində deyiləm” 

Комментариев нет:

Отправить комментарий