вторник, 28 февраля 2012 г.

Qadın kişiyə nə zaman lazım olur? Kişilərin seks ehtiyacları [Araşdırma]

Aparılan araşdırmalar sonucunda, qadınların kişilərə nə zaman və hansı məqsədlərlə lazım olduğu məlum oldu.

Araşdırma kişilərin çətinliklərlə rastlaşarkən və xüsusilə iqtisadi sıxıntı keçirdikləri zamanlarda daha çox seksə ehtiyacı olduqlarını ortaya qoydu.
Kişilər 2 qrupa bölünmüş və birinci qrupdan diş ağrısı haqda,ikinci qrupdan isə öz ölümləri haqda  düşünmələri istənilmişdi. 

Daha sonra, hər iki qrupun önünə erotik fotolar qoyulmuş və reaksiyaları izlənib. Məlum olub ki, öz ölümünü düşünən qrup bu anlarda daha həyəcanlı olur və nəbzlərinin artımı müşahidə olunur.
Alimlərin sözlərinə görə bunun kökü qədim dövrlərə qədər gedib çıxır. Lap əvvəldən kişilər ölümlərini hiss edərkən və yaxud da müharibəyə az qalmış nəsillərini artırmaq üçün sekslə daha çox məşğul olurmuşlar. 
Beləliklə əldə olunan nəticələr belədir. Kişilər psixoloji sarsıntı keçirərkən,stressə düşərkən, iş həyatlarında uğursuzluqlarla rastlaşarkən, seksə daha maraqlı olurlar.

Amma bu heç də həmişə belə olmur. Belə ki İngiltərədə aparılan eyni istiqamətli araşdırmaya görə, futbol komandalarının qalib gəldiyi gecələr kişilər üçün əsl ideal seks gecəsi olur.
Bu isə o deməkdir ki,kişilər heç də həmişə seksə problemdən qurtulmaq üçün baş vurmurlar. Əslində sualı belə də qoymaq olardı. Kişilər nəvaxt seks istəmirlər?

Комментариев нет:

Отправить комментарий