суббота, 10 марта 2012 г.

Bərdədə qadınların sayı artır. Statistika [Video]

Bərdədə,qadınların sayı artır.Təhsil sahəsində çalışanların 80%-ini qadınlar təşkil edir.
Ümumiyyətlə rayon əhalisinin təbii artımı,ötən illərə nisbətən rekord həddə çatıb. Ötən illərdə rayon əhalisinin 51%-ni qadınlar təşkil edirdisə,bu il bu rəqəm 52%-ə çatıb.Qadınlar daha çox,təhsil və səhiyyə sahəsində çalışırlar.
AzTopNews, CTV-in Bölgə müxbirinin hazırladığı reportajı sizə təqdim edir.

Lənkəranda 4 otaqlı ev,əşyaları ilə birgə yanaraq külə döndü [Video]

Lənkəranda bir ailə,bayram öncəsi evini itirdi.Yanğın 10 mart saat 05:00-da,Lənkəran şəhəri Axundzadə 5 ünvanında qeydə alınıb. 4 otaqlı ev,əşyaları ilə birlikdə, yanaraq külə dönüb. Hadisə zamanı,ev sakinləri yuxuda olduqlarından,yanğından xəbərləri olmayıb. Qonşuların köməkliyi ilə,ailə üzvləri,canlarını xəsarətdən qurtara biliblər.

Gündəlik Qoroskop [11.03.2012]




QOÇ
İş sahələrinizdə keçmişdən həll edilməmiş məsələlər sizi əsəbi edə bilər. İş sıxlığınız səbəbiylə xəstəliklərə açıq ola bilərsiniz. Sizə əmr edildiyində reaksiyalarınız yüksək olur amma sonra çox peşman olursunuz.

ABŞ Senatından Türkiyə əleyhinə qətnamə

ABŞ Senatı Türkiyədə dini dözümsüzlük haqqında qətnamə qəbul edib. Türkiyə mətbuatının yaydığı məlumata görə, qətnamənin təşəbbüskarları kimi ermənipərəst senatorlar çıxış ediblər. Qətnaməyə görə, rəsmi Vaşinqton Ankaradan əqidə azadlığına hörmət göstərilməsini və dini dözümsüzlüyə yol verilməməsini tələb edib.