суббота, 10 марта 2012 г.

ABŞ Senatından Türkiyə əleyhinə qətnamə

ABŞ Senatı Türkiyədə dini dözümsüzlük haqqında qətnamə qəbul edib. Türkiyə mətbuatının yaydığı məlumata görə, qətnamənin təşəbbüskarları kimi ermənipərəst senatorlar çıxış ediblər. Qətnaməyə görə, rəsmi Vaşinqton Ankaradan əqidə azadlığına hörmət göstərilməsini və dini dözümsüzlüyə yol verilməməsini tələb edib. 

Qətnamə Türkiyəni kilsələr və digər dini tikililər, monastrlar, məktəblər, xəstəxanalar, abidələr, müqəddəs yerlər, həmçinin daşınan əmlak, məsələn, incəsənət əsərləri, əlyazmalar, kilsə əşyaları və s. daxil olmaqla, xristian kilsələrinin mübahisə obyekti olan əmlakını qaytarmağa çağırır.
Erməniyönümlü senatorlar həmçinin Türkiyəni dini təhsil, yığıncaqlar və varislik, sosial xidmətlərin, kasıblara yardımın göstərilməsi məsələlərində erməni və yunan kilsələrinin azadlığını məhdudlaşdırmamağa çağırıb.
/Mənbə:AnsPress

Комментариев нет:

Отправить комментарий