вторник, 28 февраля 2012 г.

Sürətli qatara yox deyən italyan aktivist ölümünü sürətləndirdi [Video]


İtalyanın Torino şəhəri ilə Fransanın Lion şəhəri arasında çəkilməsi nəzərdə tutulan sürətli qatar xəttinin çəkilməsinə etiraz edən edən Sürətli Qatara Xeyr (NO TAV) qrupunun lideri Luca Abba  komalıq oldu.
Torino yaxınlarında sürətli qatar  xəttiylə əlaqədar görülən işlərə maneə yaratmaq istəyən Abba, əlində NO TAV yazılı bayraqla birlikdə elektrik dirəyinə dırmaşdı. Bayrağı dirəyə bağlayan Abba, daha sonra bir anda yüksək elektrik cərəyanına qapılaraq yerə düşdü. 
 Dərhal Torino Cto Xəstəxanasına qaldırılan 37 yaşındakı Abba, burada reanimasiyaya alındı. Abbanın sağlamlıq vəziyyətinin elə də yaxşı olmadığı açıqlandı.
Abbanın xəstəxanaya qaldırılmasının ardından NO TAV aktivistləri, Torino-Bardonecchia  yolunu bir müddətə nəqliyyata bağlayarkən Roma  Qatar Stansiyası da təxminən yarım saat müddətə aktivistlər tərəfindən işğal edildi. Bu zaman kəsiyində qatar səfərlərində gecikmələr oldu. Milanda da tramvay yolunu bir müddət bağlayan aktivistlər, sağ qanadı dəstəkləyən nəşrləriylə ön plana çıxan Libero Qəzetinə qaz bombasıyla hücum etdilər. Hadisələr əsnasında yaralanan olmadı. İnternet mühitində də aktivistlər boş dayanmadı. Hacker qrupu Anonymous da polis və jandarmanın saytlarına hücumlar reallaşdırdı.
AzTopNews sizə hadisə baş verərkən çəkilmiş videogörüntüləri təqdim edir.
 

Комментариев нет:

Отправить комментарий