среда, 7 марта 2012 г.

Azərbaycan Premyer Liqasının XIX turu - İcmallar (Yenilənir)

Premyer Liqanın XIX turu çərçivəsində “Xəzər Lənkəran“ komandası bu gün , martın 7-də Tovuz şəhər stadionunda “Turan” klubunun qonağı oldu. Komandanın heyətində bəzi itkilər var idi. Belə ki, zədə üzündən Kamran Ağayev və Elnur Allahverdiyev, həmçinin sarı vərəqə limitini aşdığına görə Eder Bonfim, Katalin Doman və Andre Mureşan “Turan”la oyunda komandaya kömək edə bilmədilər.Matçın ilk dəqiqələrində hesabı açan “Xəzər Lənkəran” komandası Tovuz təmsilçisi ilə qarşılaşmadan 3-xalla ayrıldı.


Keçirilən digər oyunda isə, Gəncə təmsilçisi “Kəpəz” doğma meydanda “Qəbələ”ni qəbul edib. Olduqca gərgin keçən görüşdə, sonda, gəncəlilər sevinib.
37'  ci dəqiqədə Lyuba Baranin hesabı açıb. “Qəbələ” ilk hissədə qələbəyə daha yaxın olsa da ikinci hissədə vəziyyət gərginləşib. 71-ci dəqiqədə Sabir Allahquliyev və 77-ci dəqiqədə Yuri Fomenko qol vuraraq “Kəpəz”i önə çıxarıblar.
90-cı dəqiqədə  Yannik Kamanan “Qəbələ”nin bərabərlik qolunu vursa da “Kəpəz” qələbə qazanmağa nail olub. Artırma dəqiqələrin birincisindəcə Junivan Suares vəziyyəti gəncəlilərin xeyrinə dəyişib. Beləliklə görüş 3-2 hesabı ilə meydan sahiblərinin çətin qələbəsi ilə yekunlaşıb.

“AZAL” isə “Sumqayıt”a futbol dərsi keçib. 6-3 hesabı ilə sona çatan oyunda vurulan qollar:

31 '  1-0  Tales Şütz 
34 '  2-0  Zohair Benouahi 
53 '  3-0  Zohair Benouahi 
54'   3-1  Orxan Əliyev 
55 '  4-1  Bronislav Arsenjeviç 
70 '  5-1  Tales Şütz 
72 '  6-1  Tərlan Xəlilov 
76'   6-2  Uğur Pamuk 
77'   6-3  Emin Mustafayev (p.) 

Quzanlıda isə “Qarabağ”, “Simurq”u qəbul edib. Qurban Qurbanovun komandası 2 qolla 3 xal qazanmağa nail olub.


23 ' 1-0  Rəşad Sadıqov 
51 ' 2-0  Vüqar Nadirov 



Günün mərkəzi matçını paytaxt derbisi də adlandırmaq olar. Belə ki “Bakı” komandası flaqman “Neftçi” ilə qarşılaşıb. Flaqman Bakıya heç bir şans verməyib. Görüş 1-3 hesabı ilə sona çatıb.
7'    0-1    Ruslan Abışov 
35'  0-2    Rəşad Abdullayev    
40'  0-3    Ruslan Əmircanov 
87 ' 1-3    Nurlan Novruzov 


Turun digər qarşılaşması da hal-hazırda davam edir. “İnter”- “Rəvan” oyununda artıq hesab açılıb. 43-cü dəqiqədə İbrahima Niasse hesabı açıb.

Комментариев нет:

Отправить комментарий