суббота, 25 февраля 2012 г.

Azərbaycan - Sinqapur 2-2 (Yoldaşlıq Görüşü) 24.02.12 [Videoİcmal]


24 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki The Seven stadionunda Azərbaycan və Sinqapur yığma komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər. Oyunda hesabı 15-ci dəqiqədə  yığmamızın oyunçusu Rauf Əliyev açıb. 62-ci dəqiqədə standart vəziyyətlərin mahir ifaçısı, Mahir Şükürov hesabı 2-0-a çatdırıb.


Sinqapur yığması 72-ci dəqiqədə penalti vurmaq hüququ qazanıb və hesabı 2-1-ə çatdırmağa müvəffəq olub. 2-ci hissəyə əlavə olunmuş sonuncu dəqiqədə, rəqib daha bir qol vuraraq hesabı bərabərləşdirməyə nail olub.Oyunda diqqət çəkən məqamlardan biri də, Mahir Şükürovun qol vurmasından sonra,onu ilk təbrik edən şəxsin məhz Kamran Ağayev olması idi. Qəbələ-Xəzər Lənkəran oyununda aralarında mübahisə düşmüş oyunçuların bu jesti yığmada ab-havanın yaxşı olmasını göstərir. Beləliklə, FİFA reytinq sıralamasında 148-ci pillədə məskunlaşan Sinqapur yığmasına qalib gələ bilməyən komandamızın baş məşqçisi Berti Foqtsoyundan sonra gənc futbolçulardan razı,təcrübəlilərdən isə narazı qaldığını dilə gətirib.
AzTopNews sizə oyunun videoicmalını təqdim edir.
:

Комментариев нет:

Отправить комментарий