пятница, 16 марта 2012 г.

Yığma komandamız FİFA-nın reytinqindən kənarda qaldı

Qadınlardan ibarət milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın 2012-ci il üçün ilk reytinqində 174 yığma yer alıb.
Bu komandalardan 134-ü topladığı xalla əsasən müvafiq yerlərdə qərarlaşıb. İlk 3 pillədə ABŞ (2166), Almaniya (2163) və Yaponiya (2114) yığmaları qərarlaşıb.
Adı əsas reytinqdən kənarda olan 40 milli komandanın hamısı isə topladığı xaldan asılı olmayaraq, 135-ci pillədə qərarlaşıb. 
135-ci yerdə olan yığmaların əsas sıralamadan kənarlaşdırılması, onların son 18 ayda heç bir rəsmi oyun keçirməməyi ilə bağlıdır.
Hesabında 1341 xal olan Azərbaycan millisi də əsas reytinqdən kənarlaşdırılanlar sırasındadır. Sonuncu rəsmi matçını 2010-cu nail avqustun 25-də Çexiyaya qarşı (0:8) keçən millimiz o vaxtdan fəaliyyətini dayandırıb. Bu, komandamızın xal hesabına ciddi təsir etməsə də, mövqeyinə zərbə vurub.
Sonuncu dəfə ötən ilin dekabrın 23-də açıqlanan siyahıda 71-ci olan yığmamız 64 pillə aşağıda – əsas sıralamadan kənarlaşdırılanların yer aldığı 135-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, millimiz oynamadığı üçün cəza almasaydı topladığı xallar 71-ci olmaq üçün yetərli olardı. 

Комментариев нет:

Отправить комментарий