среда, 29 февраля 2012 г.

Yaponlar insanabənzər robot EMIEW2-ni təqdim etdilər [Video]

Yapon elektronika nəhəngi Hitachi, insanabənzər robot EMIEW2in ən yeni modelini təqdim etdi.
İnternetə bağlanıb obyektləri öyrənə bilən robot, itən əşyaların yerini də də təsbit edib sahibinə göstərə bilir.
İnkişaf etdirilərək insan üzlərini tanıyıb ayırd edə bilən hala gətirilən EMIEW2 adlı robot artıq özünə göstərilən obyektləri öyrənməyə və yerlərini tapmağa çatacaq qədər süni zəka sahibi oldu.

14 kiloqram ağırlığında və 80 santimetr uzunluğunda olan robot, saatda 6 kilometr sürətlə irəliləyə bilir. EMIEW2, başındakı iki kamera sayəsində gördüyü obyektlərin şəkillərini və rənglərini yaddaşına yazır. Robot ayrıca internetdən endirdiyi şəkil və şəkillər sayəsində də gördüyü obyektləri tanıya bilir.
Sahibinin itirdiyi əşyanı söyləməsinin ardından olduğu mühit içərisində o əşyanın yerini göstərə bilir. Robot, otaq içərisindəki digər kameralarla əlaqə qurub axtardığı obyekti daha asan tapa bilir.
EMIEW2i təkminləşdirən Takashi Sumiyoshi, "Bu robotu, rəhbərlik və yol göstərmə xidmətləri üçün təkminləşdirdik. İnsanlara çarpmadan çevikcə hərəkət edə bilir. Əgər qəza olsa və robot birinə çarpsa da onların canını incitməyəcək qədər yüngüldür" dedi.
Hitachi səlahiyyətliləri, robotu bu an satışa çıxarmaq kimi bir düşüncələrinin olmadığını ifadə edir. Ancaq EMIEW2in, gələcəkdə, xəstəxana və evlərdəki yaşlılar ilə turistlərə xidmət vəzifələrində istifadə edilə biləcəyi deyilir.
AztopNews sizə yeni robotun tanıtım videoçarxını təqdim edir.

Yaponiyada insanabənzər robot EMIEW daha da... by LvinCan2ran

Комментариев нет:

Отправить комментарий