среда, 29 февраля 2012 г.

Gündəlik Qoroskop [01.03.2012]


QOÇ
Bu gün tamailə özünüzü daha rahat hiss etməyə başlayacaqsınız. Üzərinizdəki miskinlik yerini istəklərinizə buraxacaq. Ani qərarlar gün içində təsirli ola bilər, çünki asanlıqla sıxılacaqsınız. İş sahələrinizdə əsaslarınıza qarşı reaksiyalı olmamağa çalışmalısınız.




BUĞA
Bu gün, bir az arxa planda dayanmaq və istirahət etmək istəyə bilərsiniz Çox şey istəməyə bilərsiniz. Mənfilikləri üzərinizə çəkməməyə çalışın. Xüsusilə uzaq mühit və yerlərdə anlaşılmazlıqlarınız yüksək ola bilər. Sakit olmağa çalışın.

ƏKİZLƏR
İctimai mühitləriniz dövrəyə girməyə başlayacaq. Olduqca aktiv bir həftə sonu keçirə bilərsiniz. Yoldaşlarınızla və ya sevdiklərinizlə bir anda yerinə yetiriləcək planlar həyatınıza rəng qata bilər. Pul mövzularıyla əlaqədar mübahisələr yaşaya bilərsiniz.

XƏRÇƏNG
Bu gün, iş sahələrinizdə sizə rahatlıq verməyən  problemləri həll etmək üçün lazım olan enerjini daxilinizdə hiss edə bilərsiniz. Gün ərzində iş sahələriniz aktiv olacaq və hər zamankındən daha fərqli davranmağı seçəcəksiniz. Sevdiyiniz insanla mübahisə edə bilərsiniz.

ŞİR
Dəyişik yerlər və mühitlərdə olacağınız bir gün olacaq. Qatılmaq istədiyiniz bir kurs və ya seminar varsa özünüzü bir neçə gün boyunca bu sahələrə qarşı hazır hiss edə bilərsiniz. Uzaq yerlərdən alacağınız maraqlı xəbərlər sizi həyəcanlandıra bilər.

QIZ
Həftənin bu son günündə ortaq şəkildə pul mövzularına yönələ bilərsiniz. Hisləriniz dəyişkən ola bilər və ya hislərinizə təsir edəcək ani qərarlar verməyə uyğun olacaqsınız. Sevgi həyatınızda ehtiraslı və basqın davranmaq bu gün sizi bir xeyli məcbur edə bilər.

TƏRƏZİ
Bu gün, şəxsi həyatınız dövrəyə girməyə başlayacaq. Ortaqlı işləriniz varsa, bu gün ortaqlarınızın həyatındakı dəyişikliklərdən siz də təsirlənə bilərsiniz. Eyni şey sevdiyiniz insanın həyatında da reallaşa bilər. Ailə həyatınızdakı baş verəcəklərə diqqət yetirin.

ƏQRƏB
İş mövzularınız həftənin son iş günündə sizi məcbur edə bilər. Gözlənilməz bir şəkildə ortaya çıxan işlərin digər planlarınıza təsir etməsi çox normaldır. Siz hər şeyin öhdəsindən gələ bilərsiniz. Xüsusilə ünsiyyətə söykənən işlərinizdə anlaşılmazlıqlara hazırlıqlı olun.

OXATAN
Bu gün, sevgi həyatınızda və romantik mövzularda ani qərarlar və reaksiyalar verməyə uyğun olacaqsınız. Birjada sərmayə qoyanlar daha sakit qərarlar verməyə səy göstərməlidirlər. Əyləncə sahələrinizdə istifadə edəcəyiniz pul mövzusunda qabarma-çəkilmələriniz ola bilər.

OĞLAQ
Evinizlə əlaqədar mövzularda ani ,lakin gözlənilməz mövzu və hadisələrə açıq olacaqsınız. Canınız çox əhəmiyyətli işlərlə məşğul olmaq istəməyə bilər. Öz istəkləriniz ailənizin istəkləriylə zidd düşə bilər. Qürurun hər vaxt faydası olmağa bilər.

DOLÇA
Yaxın ətraf sahələriniz dövrəyə girməyə başlayacaq. Bir anlıq qərarlarla ediləcək planlar, sizi çox həyəcanlandıra bilər. Gözlənilməz hadisələr qarşısında bir az daha yumşaq davranmalısınız. Maddi mövzular bu günlərdə sizin üçün ön planda olacaq.

BALIQLAR
Bu gün etibarıyla maddi mövzulara diqqət ayıracaqsınız. Bu sahədə gözlənilməz qərarlar verməyə uyğun bir gün sizi gözləyir. Bir şey satın alacaqsınızsa özbaşınıza hərəkət etməməyə diqqət edin. İctimai mühitlərinizdə gücünüzü ortaya qoya biləcəksiniz.

Комментариев нет:

Отправить комментарий