понедельник, 27 февраля 2012 г.

İstanbulun Taksim meydanında izdihamlı aksiya [Video]

26 fevral 2012-ci il tarixindəndə Türkiyənin Taksim meydanında,Azərbaycan və Türkiyə Xocalını birgə andılar. Yürüşə çoxlu sayda insan qatıldı. İzdihamlı aksiyaya qoşulanlar sırasında çoxlu sayda tanınmış simalar da var idi. Müxtəlif vasitələrlə, soyqırımın dünyaya çatdırılmasına çalışan kütlə xarici telekanalların da diqqət mərkəzində idi. Rusiya və digər xarici dövlətlərin telekanalları birbaşa hadisə yerindən reportajlar hazırladılar.


Aksiyada Hepimiz Azeriyiz,Hepimiz Xocaliyiz kimi şüarlar səsləndirildi. Bundan başqa kütlə eyni anda yerə uzanaraq soyqırım zamanı yaşanan vəhşiliyi bir daha insanların gözündə canlandırdı. Aksiyaya Azərbaycandan da çoxlu sayda tanınmışlar qatılmışdı. İstanbulun Taksim meydanı türk birliyinə şahidlik etməklə yanaşı,bir daha qardaşlıq və dostluq necə olmalıdır sualına da cavab verdi.
AzTopNews sizə akiya boyu çəkilmiş videogörüntüləri təqdim edir.

Комментариев нет:

Отправить комментарий