понедельник, 12 марта 2012 г.

KinoSeans: "Kuklalar" filmi

AzTopNews, bu gündən etibarən ,hər gün sizə,  Azərbaycan və dünya kinosunun ən son və ən yaddaqalan nümunələrini təqdim edəcək.
Müstəqillik illərində çəkilmiş filmlərimiz çox vaxt tənqidə məruz qalsalar da,tamaşaçı və kinotənqidçilərinin rəğbətini qazananlar da olub. Bu gün sizə təqdim edilən "Kuklalar" filmi də bu qəbildəndir. Film ölkəmizi müxtəlif xarici film festivallarında təmsil etmişdir.



Filmin məzmunu ilə tanış olub,aşağıdakı playerdən tam olaraq izləyə bilərsiniz.

Məzmun:
Filmdə hadisələr 80-ci illərin sonları 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir.
SSRİ-nin son günlərində dənizkənarı parkda kukla işləyən altı gənc dost yetişkin həyata ilk addımlarını atır. Daha sonra basqınla üzləşən canlı kuklalar seçim arasında qalırlar. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verirlər.

Film haqqında
:
Film 2008-ci ilin yay aylarında təhvil veril
ib.
Filmin orijinal ssenarisi üzərində iş 2005-ci ildə başlayıb və 2 ildən sonra tamamlanmış variant Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Film 2007-ci ildə istehsalata buraxılıb. 2007-ci ilin oktyabr ayından çəkilişlər başlanmışdır.
Filmdə əsas rolları orta məktəb şagirdi və tələbə olan 6 gənc oynayır. Bu altı gənci seçmək isə asan olmamışdır. Onlar 500-ə yaxın namizəd arasından seçilmişlər.
Filmin çəkiliş texnikası İrandan gətirilmişdir. :*1980-1990-cı illərin Bakısını bərpa etmək üçün kompyuter qrafikasından istifadə edilib.

Filmin heyəti
:
Film üzərində işləyənlər
Ssenari müəllifi : Çingiz Rəsulzadə, Ramiz Fətəliyev
Quruluşçu rejissor : Çingiz Rəsulzadə (Çingiz Rasulzadə kimi)
Quruluşçu operator : Yuri Varnovski
Quruluşçu rəssam : Rövşən Mehdiyev
Bəstəkar : İsa Məlikov
Rejissor : Elman Şeydayev
Geyim rəssamı : Şahin Həsənli
Montaj edən : Elşad Rəhimov
İcraçı prodüser : Heydər Dadaşov
Prodüser : Tofiq Musayev
Rejissor assistenti : Elbrus Ələkbərov, Pərviz Həsənov, Xədicə Qarayeva,
Səs rejissoru : Teymur Kərimov
Səs operatoru : Eldar Şahverdiyev
Geyim rəssamı assistenti : Safura Manafova, Xalidə Ağacanlı

Rollarda
:
Mehriban Xanlarova
Abbas Qəhrəmanov
Nübar Novruzova
Xalidə Quliyeva
Cəminə Ağayeva
Vahid Əliyev-erməni fotoqraf Jora
Şəlalə Şahvələdqızı
Cavid Quliyev-Buratino
Ağa Bədəlov-Martışa
Emil Zöhrabov-Balu
İsgəndər Ağagülov-Tom
Yevgeni Qəhrəmanov-Canavar
Qorqud Cəfərli-Mikki

Janr: Dram
İlk baxış tarixi: 2008
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: Sınaq Film Prodüser Mərkəzi
Filmin növü: Tammetrajlı Bədii Filmlər
Rəng: Rəngli
İl: 2008
Film çəkilən yerlər: Bakı 

Bakı, Milli Dənizkənarı Park

Комментариев нет:

Отправить комментарий